Rusiyanın neft və qaz gəlirləri 24 faiz azalıb

İqtisadiyyat
16:43 / 11.01.2024
4968
Rusiyanın sanksiyalar səbəbindən neft və qaz gəlirlərində azalma 2023-cü ildə də müşahidə edilib.
Sfera.az Rusiya Maliyyə Nazirliyinin açıqladığı məlumata istinadən xəbər verir ki, dövlət büdcəsinin neft və təbii qaz satışından əldə etdiyi gəlir ötən il təxminən 24% azalaraq 8,82 trilyon rubla (99,4 milyard dollar) düşüb.
Xatırladaq ki, neft qiymətlərinin daha yüksək olduğu 2022-ci ildə büdcənin neft və qaz satışından gəliri 11 trilyon 586 milyard rubl olmuşdu.
Vasif