"Ən böyük zərbəni otelçilik sahəsi aldı" - AHA-nın sədri

"Pandemiya dövründə ən böyük zərbəni otelçilik sahəsi alıb".

 

Sfera.az xəbər verir ki, bunu Azərbaycan Hotel Assosiasiyasının (AHA) idarə heyətinin sədri Eldar Əlimuradov Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) təşkilatçılığı ilə “Turizm sənaye subyektlərinin ilin yekunları və COP29 ərəfəsində çağırışlar” mövzusunda forumunda çıxışı zamanı deyib.

 

"2023-cü ildə mehmanxanaların sayı 757, nömrələrin sayı 27312, çarpayıların sayı isə 56562 olub. Bu il yeni brendlərin yaranması ilə bu rəqəmlərin artacağını gözləyirik. Vergi məcəlləsinə edilən son dəyişikliklərə əsasən, otel və sanatoriyaların əmlak vergisi 3 il müddətinə 75 faiz azaldılıb. Bu tədbirlər də regional turizmin inkişafına böyük töhfə verəcək. Pandemiya dövründə ən böyük zərbəni otelçilik sahəsi aldı. Bəzi otellər səhiyyə təşkilatlarına xidmət etdi. Onlara da buradan təşəkkürümü bildirirəm. 2020-ci ilin 44 günlük Vətən müharibəsində qələbəmizdən sonra çox şadıq ki, doğma Qarabağda turizmin inkişafı üçün tədbirlər görülür. Biz inanırıq ki, tezlikdə Qarabağda beynəlxalq otel şəbəkələri görəcəyik".

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR