Quldurlar canlı yayımda studiyanı ələ keçirdilər

Quldurlar canlı yayımda studiyanı ələ keçirdilər

Ekvadorda 60 günlük fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Sfera.az bildirir ki, Ekvador prezidenti Daniel Noboa ölkədə daxili silahlı qarşıdurma elan edilməsi haqqında fərman imzalayıb.


Ekvadordakı vəziyyət qonşu ölkələri də təcili tədbirlər görməyə vadar edir.

 

Perunun Daxili İşlər naziri Viktor Torres Falkon Xüsusi Əməliyyatlar İdarəsinin kontingentini Ekvadorla sərhədə göndərib.

Perunun baş naziri Alberto Otarola da bu gün fövqəladə hadisələrin baş verdiyi Ekvadorla sərhəddə fövqəladə vəziyyət elan edib.


Otarolanın sözlərinə görə, Peru polisi qonşu ölkə ilə sərhəd bölgəsində təhlükəsizlik tədbirlərini artıracaq və Perunun bütün şimal sərhədi boyunca fövqəladə vəziyyət elan ediləcək.

Hökumət qonşu ölkədə baş verən zorakılığı pisləyib və prezident Daniel Noboaya dəstək ifadə edib. Paraqvay hökuməti də Ekvadorla həmrəy olduğunu bildirib.


Ötən gün baş verən hadisələrin təfərrüatları


Bazar ertəsi, yanvarın 8-də Ekvador prezidenti ölkənin ən böyük qruplaşması olan “Los Çoneros”un lideri Fito ləqəbli Adolfo Macias Villamarın Quayaquili həbsxanasından qaçmasından sonra 60 gün müddətinə fövqəladə vəziyyət elan edib.


Bundan dərhal sonra Ekvadorda bir neçə silahlı hücum baş verib, bu zaman ən azı dörd polis əməkdaşı yaralanıb. Belə ki, çərşənbə axşamı, yanvarın 9-da canlı yayım zamanı qara paltarlı şəxslər “TC Television” dövlət telekanalının binasına soxularaq bir neçə jurnalist və əməkdaşı girov götürüblər. Canlı yayım kəsilməsə də, çəkiliş meydançasında işıqlar sönüb, qışqırıq, güllə və işçilərin döyülməsi səsləri eşidilib.




Gün ərzində müxtəlif bölgələrdə baş verən hücumlarda ən azı 8 nəfər ölüb, iki nəfər yaralanıb.


Yanvarın 9-da isə Ekvador prezidenti silahlı qüvvələrə “daxili silahlı münaqişə” rejimi elan edərək, iki cinayətkar təşkilata qarşı əməliyyat keçirməyi əmr edib. Daha sonra polis 13 hücumçunu saxlayıb.

 

Dövlət başçısı bildirib ki, “narkoterror qrupları” hökuməti qorxutmağa çalışır və onlarla danışıqlardan imtina edir.


Bu gün silahlı şəxslər canlı yayım zamanı TC televiziya stansiyasını ələ keçiriblər. Canlı yayım bitməmiş işçilər yerə uzanmağa məcbur olublar.


Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, işçilər studiyadan təxliyə edilib. Daha sonra bir neçə şübhəlinin həbs olunduğu barədə xəbərlər yayılıb.

Bundan əlavə, Quayaquil Universiteti bütün ölkədə sosial iğtişaşlar səbəbindən bütün akademik və inzibati fəaliyyətlərin dayandırıldığını bildirib.


“İndiki mərhələdə telekanala hücumun həbsxanadan qaçma ilə bağlı olub-olmadığı bəlli deyil, lakin bu, ölkədə təhlükəsizlik vəziyyətinin pisləşməsinə işarədir”– jurnalistlər qeyd ediblər.


Qeyd edək ki, 44 yaşlı "Fito"ya “La Regional” həbsxanasından köçürüləcəyi deyilib. “Los Chernas” qrupu bütün ölkədə sifarişli qətllər, qəsb və narkotik alveri ilə məşğuldur. 2020-ci ildə əvvəlki rəhbəri Xorxe Luis Zambrano öldürüldükdən sonra "Fito" dəstənin rəhbərliyinə keçib.


Hazırda Maçala şəhərində xidməti vəzifəsini yerinə yetirərkən əsir götürülən üç polis əməkdaşının axtarışı aparılır. Kuenka şəhərində də bir neçə partlayışın baş verdiyi barədə xəbərlər yayılıb.


Aynil
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Ərdoğan Trampa təşəkkür etdi

Xəbər verdiyimiz kimi, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ lideri Donald Tramp, Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Məhəmməd bin Salman və ...

“iPhone 17” bu tarixdə satışa çıxarılacaq

“Apple” 2025-ci ildə təqdim edəcəyi yeni nəsil “iPhone 17” modeli ilə texnologiya dünyasının diqqət mərkəzinə düşməyə hazırlaşır. Şirkət...

Bakıda cibgirlik edən Əlcəzair vətəndaşları saxlanıldı

Bakının mərkəzində cibgirlik edən Əlcəzair vətəndaşları saxlanılıb.   Sfera.az xəbər verir k, Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsi əmək...

ABŞ bu silahlara görə 1 trilyon dollar xərcləyəcək

ABŞ hökuməti, qarşıdakı on il ərzində nüvə silahlarının idarə olunması, saxlanması və modernləşdirilməsi üçün təxminən 1 trilyon dollar vəsait xərcləyəcək. Bu m...

İlhamə Elşadqızı məhkəmədə ifadə verdi - FOTO

"TikTok"da əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməliyyatlarla bağlı həbs olunan şair İlhamə Elşadqızı barəsində olan cinayət işi üzrə məhkəmə pros...

Putinin səssizliyi Trampı əsəbləşdirdi: “İkinci sanksiyalar qapıdadır”

ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putinin İstanbulda keçiriləcək atəşkəs danışıqlarına qatılıb-qatılmayacağı ilə bağlı açıqlama verib. Tra...