Qətlə yetirildiyi gün məhkəməyə verildi - Azərbaycanda dəhşətli olay

Qətlə yetirildiyi gün məhkəməyə verildi - Azərbaycanda dəhşətli olay

Bu gün Sumqayıtda qətlə yetirilən Həsənalı Piriyevin narkotikdə ittiham olunduğu məlum olub.

 

Sfera.az-ın məlumatına görə, o, daha əvvəl narkotikə görə saxlanılıb, lakin barəsində həbs qətimkan tədbiri seçilməyib. 

 

Bu gün isə Həsənalı Piriyevin cinayət işi üzrə ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.

 

İş hakim Emin Abdullayevin icraatına verilsə də, məhkəmənin vaxtı müəyyənləşdirilməyib.

 

İstintaq dövründə onun barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilib. Həmin maddədə deyilir ki, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Qeyd edək ki, barəsində cinayət işi açılan H.Piriyev bu gün Sumqayıtda qətlə yetirilib. Belə ki, saat 2 radələrində Sumqayıt şəhəri ərazisində 1990-cı il təvəllüdlü Həsənalı Piriyevin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1983-cü il təvəllüdlü Seymur Quliyevin aralarında yaranmış mübahisə zamanı Həsənalı Piriyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, S.Quliyev iş üzrə şübhəli şəxs qismində tutulub. Cinayət işi üzrə ibtidai istintaq davam edir.

 

Mətbuatda gedən məlumatlara görə öldürülən şəxs Həsənalı Piriyev əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məhkumluq həyatı yaşayıb. Qətl hadisəsi isə borc üstündə yaranmış mübahisə zamanı baş verib. Onun Seymur Qasımova 300 manat borcu olduğu və pulu qaytarmadığı bildirilir. Buna görə də onlar görüşüb məsələni həll etməyə çalışıblar. Lakin söhbət zamanı mübahisə düşüb və onların mübahisəsi davaya çevrilib. Nəticədə Seymur Qasımov Həsənalı Piriyevi bıçaqlayıb. Yaralı bir neçə addım getdikdən sonra qaynanasının evinin qarşısında müvazinətini itirib və oradaca keçinib. (İqtisadiyyat.az)

  


OXŞAR XƏBƏRLƏR

Prezident Səudiyyə Ərəbistanının Kralını TƏBRİK ETDİ

Prezident İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda təbrik məktubu ünvanlayıb.   ...

Şahin Bayramov Qarabağ Universitetinin ilk tələbələrinə uğurlar arzuladı - FOTOLAR

Qarabağ Universitetində ilk dərs günüdür.   Universitetdən Sfera.az-a verilən məlumata görə, rektor Şahin Bayramov Qarabağ Universitetinin ilk tələbə...

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi BAŞLADI

Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinə başlanılıb.   Sfera.az xəbər verir ki, proses...

Bakının bu ünvanlarında fərdi evlər SÖKÜLÜR: Sakinlərə PUL VERİLƏCƏK - MƏBLƏĞ

Bakının Yasamal rayonu ərazisində yeni söküntü olacaq. Belə ki, əhaliyə məxsus fərdi yaşayış evləri sökülərək yerində park inşa olunacaq.   Sfera.az ...

"Plan hazırlayıb ruslara göndərəcəyik” - Volodimir Zelenski

Kiyev Rusiya ilə danışıqlar planı hazırlayır.    Sfera.az bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.   “Biz...

VII çağırış Milli Məclisin ilk iclası keçirilir - Prezident toplantıda iştirak edir

Bu dəqiqələrdə yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilir.   Sfera.az xəbər verir ki, Azərbaycan Respublikasının ...