Ərdoğan: "Sandığa kölgə düşməsinə icazə verməyəcəyik "

Ərdoğan:

"Millətdən ala bilmədiyi dəstəyin acısını döyüşlər və xaosla gizlətmək istəyənlər olacaq. Sandığa kölgə düşməsinə icazə verməyəcəyik".
 

Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
 

31 Mart 2024-cü ildə keçiriləcək yerli seçkilər öncəsi qubernatorlara sandıq təhlükəsizliyi ilə bağlı xəbərdarlıq edən Ərdoğan, "31 Martda seçki qutusunun kölgədə qalmasına icazə verməyəcəyik. Seçkiləri tam demokratik şəkildə başa vuracağıq",-deyə bildirib.


Türkiyə lideri 2023-cü ili arzuolunan şəkildə tamamlaya bildiklərini deyib:


"2023 hədəfləri ilə millətimizin qarşısına çıxdıq. Bəziləri bizə lağ edirdilər. Gecə-gündüz çalışaraq məqsədlərimizi reallaşdırdıq. İllər keçdi və 2023-cü ili başa vurduq. Çoxlu hücumlara baxmayaraq, məqsədlərimizə böyük ölçüdə nail olduq. Biz millətimizin qarşısına yeni baxış qoyduq. "Türkiyə Əsri" dediyimiz bu baxış ölkəmizi gücləndirmək vizyonudur. Bu, dövlətin və millətin ümumi arzusudur. "Türk Əsri" gələcək nəsillərə qoyacağımız ən mühüm mirasdır".


Əzizə


OXŞAR XƏBƏRLƏR

Putinin səssizliyi Trampı əsəbləşdirdi: “İkinci sanksiyalar qapıdadır”

ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putinin İstanbulda keçiriləcək atəşkəs danışıqlarına qatılıb-qatılmayacağı ilə bağlı açıqlama verib. Tra...

Daşkəsəndə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib

Mayın 14-də saat 00:30 radələrində 3 nəfər (1-i qadın, 2-si kişi cinsli olmaqla) dəm qazından zəhərlənmə şübhəsilə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının Təcili ...

İdeal evlilik yaşı açıqlanıb - "Evlənməyin də öz vaxtı var"

“Tənhalıq insana xas bir xüsusiyyət deyil. Bir insan ailə qurarkən bunun necə məsuliyyətli bir iş olduğunu dərk etməlidir”.   Sfera.az Te...

Türkiyədə sudan zəhərlənən 80 nəfər xəstəxanaya müraciət edib

Türkiyənin Bolu vilayətinin 4 kəndində içməli su ilə əlaqədar kütləvi zəhərlənmə baş verib.   Sfera.az Trend-ə isinadən xəbər verir ki, bu barədə Tür...

Rusiyada“WhatsApp” MMC və “Signal Messenger” MMC cərimələndi

Moskvanın Taqanski Rayon Sülh Məhkəməsi “WhatsApp” və “Signal” messencerlərini Rusiya qanunlarına tabe olmamaqda günahlandırıb.  ...

"Azərbaycan və Ermənistan "İbrahim sazişi"nə qoşula bilər" - ABŞ-dən İDDİA

Azərbaycan və Ermənistan İbrahim razılaşmasına qoşula bilər.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin xüsusi elçisi Stiv Vitkoff “Breitbart News...