Dünyanın ən güclü pasportlarına sahib ölkələr məlum oldu - ADLAR

Dünyanın ən güclü pasportlarına sahib ölkələr məlum oldu - ADLAR

İki Asiya və dörd Avropa ölkəsi 2024-cü ildə ən güclü pasportların sahibi olub.


Sfera.az xəbər verir ki, beynəlxalq konsaltinq şirkəti Henley&Partners tərəfindən aparılan araşdırmanın nəticələrinə görə, siyahıda Rusiyanın reytinqi aşağı salınıb.


Siyahının liderləri Almaniya, Fransa, İspaniya, İtaliya, Yaponiya və Sinqapur olub. Bu ölkələrin vətəndaşları təhlil edilən 227 dövlətdən 194-nə vizasız giriş imkanına malikdir.


İsveç, Finlandiya və Cənubi Koreya 193 vizasız ölkə ilə ikinci yerdədir. Üçüncü yerdə Hollandiya, Danimarka, Avstriya və İrlandiya qərarlaşıb.


Rusiya reytinqdə 51-ci yeri tutub. Bu ölkənin vətəndaşları viza almadan 119 istiqamətə səyahət edə bilərlər. 2023-cü ildə Rusiya Federasiyası bu reytinqdə 49-cu yeri tutub.


Reytinqdə sonuncu yerdə Əfqanıstan qərarlaşıb. Əfqanıstan sakinləri yalnız 28 ölkəyə vizasız səyahət edə bilərlər.


Əzizə


OXŞAR XƏBƏRLƏR

ABŞ bu silahlara görə 1 trilyon dollar xərcləyəcək

ABŞ hökuməti, qarşıdakı on il ərzində nüvə silahlarının idarə olunması, saxlanması və modernləşdirilməsi üçün təxminən 1 trilyon dollar vəsait xərcləyəcək. Bu m...

İlhamə Elşadqızı məhkəmədə ifadə verdi - FOTO

"TikTok"da əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməliyyatlarla bağlı həbs olunan şair İlhamə Elşadqızı barəsində olan cinayət işi üzrə məhkəmə pros...

Putinin səssizliyi Trampı əsəbləşdirdi: “İkinci sanksiyalar qapıdadır”

ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putinin İstanbulda keçiriləcək atəşkəs danışıqlarına qatılıb-qatılmayacağı ilə bağlı açıqlama verib. Tra...

Daşkəsəndə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib

Mayın 14-də saat 00:30 radələrində 3 nəfər (1-i qadın, 2-si kişi cinsli olmaqla) dəm qazından zəhərlənmə şübhəsilə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının Təcili ...

İdeal evlilik yaşı açıqlanıb - "Evlənməyin də öz vaxtı var"

“Tənhalıq insana xas bir xüsusiyyət deyil. Bir insan ailə qurarkən bunun necə məsuliyyətli bir iş olduğunu dərk etməlidir”.   Sfera.az Te...

Türkiyədə sudan zəhərlənən 80 nəfər xəstəxanaya müraciət edib

Türkiyənin Bolu vilayətinin 4 kəndində içməli su ilə əlaqədar kütləvi zəhərlənmə baş verib.   Sfera.az Trend-ə isinadən xəbər verir ki, bu barədə Tür...