Donald Trampa AĞIR İTKİ

Donald Trampa AĞIR İTKİ

ABŞ-nin keçmiş birinci xanımı Melaniya Trampın anası Amaliya Knavs 78 yaşında vəfat edib.

 

Sfera.az xəbər verir ki, bu barədə Melaniya Tramp X sosial platformasında (əvvəllər Tvitter) paylaşım edib:

 

"Amaliya Knavs ləyaqətli və güclü qadın idi. Biz onun üçün hədsiz dərəcədə darıxacağıq və onun irsinə hörmət etməyə və sevməyə davam edəcəyik”.

 

Edilən qısa açıqlamada ölüm səbəbi açıqlanmayıb.

 

Xatırladaq ki, Donald Tramp bu ay Floridada keçirilən tədbirdə Sloveniya əsilli qayınanasının çox xəstə olduğunu bildirmişdi. Amaliya Knavs və əri Viktor 2018-ci ildə xanım Trampın sponsorluğu ilə yaşıl kart vasitəsilə ABŞ-də yaşadıqdan sonra ABŞ vətəndaşı olublar.

 

O, Sloveniyanın Sevnitsa şəhərində toxuculuq fabrikində işləyib, əri Viktor isə avtomobil satıcısı olub. Melaniya Tramp isə Sloveniyanın paytaxtı Lyublyanada orta məktəbdə oxuyub. Donald Trampla 1998-ci ildə model kimi işləyərkən tanış olub və 2006-cı ildə ondan Barron adlı oğlu var. Elə həmin il də ABŞ vətəndaşı olub.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

“iPhone 17” bu tarixdə satışa çıxarılacaq

“Apple” 2025-ci ildə təqdim edəcəyi yeni nəsil “iPhone 17” modeli ilə texnologiya dünyasının diqqət mərkəzinə düşməyə hazırlaşır. Şirkət...

Bakıda cibgirlik edən Əlcəzair vətəndaşları saxlanıldı

Bakının mərkəzində cibgirlik edən Əlcəzair vətəndaşları saxlanılıb.   Sfera.az xəbər verir k, Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsi əmək...

ABŞ bu silahlara görə 1 trilyon dollar xərcləyəcək

ABŞ hökuməti, qarşıdakı on il ərzində nüvə silahlarının idarə olunması, saxlanması və modernləşdirilməsi üçün təxminən 1 trilyon dollar vəsait xərcləyəcək. Bu m...

İlhamə Elşadqızı məhkəmədə ifadə verdi - FOTO

"TikTok"da əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməliyyatlarla bağlı həbs olunan şair İlhamə Elşadqızı barəsində olan cinayət işi üzrə məhkəmə pros...

Putinin səssizliyi Trampı əsəbləşdirdi: “İkinci sanksiyalar qapıdadır”

ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putinin İstanbulda keçiriləcək atəşkəs danışıqlarına qatılıb-qatılmayacağı ilə bağlı açıqlama verib. Tra...

Daşkəsəndə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib

Mayın 14-də saat 00:30 radələrində 3 nəfər (1-i qadın, 2-si kişi cinsli olmaqla) dəm qazından zəhərlənmə şübhəsilə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının Təcili ...