Qadınlar bu yolla kişiləri yanında saxlamağa çalışır - Psixoloqdan AÇIQLAMA 

Qadınlar bu yolla kişiləri yanında saxlamağa çalışır - Psixoloqdan AÇIQLAMA 

Son zamanlar yalnız dünyada deyil, Azərbaycanda da “Alfons” kişilərin sayı artır. Təəssüflər olsun ki, bu gün alfons sözü bəşəriyyətdə birmənalı qarşılanır.

 

Ümumiyyətlə alfons kimlərə deyilir və onların sayının artmasına səbəb nədir?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Əfsanə Rüstəmova bildirib ki, qadının maddi gücü hesabına ayaqda durmağa çalışan, həyatını davam etdirən, və sadəcə məişət qayğılarını deyil, həmçinin lüks istəklərini də həyata keçirən kişiləri alfons adlandırırıq.

 

“Bu tərifi verməkdə məqsədimiz ondan ibarətdir ki, sadəcə ehtiyaclar ödənilirsə bu hələ alfonsluq deyil. İnsanlar bir-biri ilə ilə evləndikdə kişinin maddi ehtiyaclarının bir müddət yoldaşının köməyilə ödəməsi alfonsluq hesab olunmur. Bu evliliyə adaptasiya və uyğunlaşma dönəmidir. Alfonslar isə təbii ehtiyaclardan daha çoxunu tələb edirlər. Həmin insanlar daha yuxarı standartlarda yaşamaq üçün öz standartının üzərində olan insanlarla münasibət qururlar. Bu qədim zamanlardan mövcud olan bir haldır. Son zamanlar alfonsluq daha çox aktuallaşıb".

 

Psixoloq bildirib ki, həmin kişiyə pul xərcləyən qadın əslində kişinin puluna görə yanında olduğunu bilir və onu pulla yanında saxlamağa çalışır.

 

“Bu hal həmin şəxslərin özlərini narahat edənə qədər onlara müdaxilə ediləbilməz.İnsanlar lüks həyatı yaşamaq üçün əlçatan vasitələrdən istifadə etməyə daha meyillidirlər. Pul, maddiyyat və lüks həyat alfonsluq vasitəsilə daha əlçatan göründüyü üçün artım müşahidə olunur”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR