"Vətəndaş pulu necə əldə etdiyi ilə bağlı məlumat verməlidir ki..." - Ekspert

Son günlər daşınmaz əmlakların notarial alqı-satqısında 20 min manatdan artıq məbləğ üçün gəlir deklarasiyası tələb olunduğu barədə məlumatlar yayılıb. Bildirilir ki, bəzi vətəndaşlardan əmlak alışı üçün ödənilən pulun rəsmi mənbəyinin göstərilməsi tələb olunur. Məlumata görə, alıcılar gəlir deklarasiyası təqdim edə bilmədikləri üçün notariusdan geri qayıtmalı olurlar.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev sözügedən iddiaların yanlış olduğunu, insanların düzgün məlumatlanmadığını deyib:

 

“İstənilən böyük pul əməliyyatlarının aparılması zamanı – istəyir bank sektoru, istəyir daşınmaz əmlakların alqı-satqısı zamanı mənbə soruşulur. Yəni deklarasiya tələbi yoxdur, amma vətəndaş pulu haradan əldə etdiyini deməlidir. Buna aid müvafiq qanunvericilik aktları var. Məsələn, şəxs “evimi satıb almışam”, “kənd təsərrüfatı ilə məşğulam”, “xarici ölkədə biznesim var” və.s tipli hansısa formada şifahi məlumat verməlidir”.

 

Müsahibimiz bildirib ki, insanların çoxu şifahi məlumat verməkdən belə ehtiyat edir, alqı-satqıları ertələyirlər:

 

“Burada təhlükəli bir şey yoxdur.  Eyni proses digər xidmətlərdə də aparılır. Həmçinin, notariuslar həmin kateqoriyaya daxil olduğuna görə, vətəndaş külli miqdarda vəsaitlə alqı-satqı etdikdə bu cür məlumatlandırma əldə edir. Qorxulu bir şey yoxdur, sadəcə vətəndaş pulu necə əldə etməsi ilə bağlı kiçik informasiya verməlidir ki, onlar da öz qeydlərini apara bilsinlər”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

ABŞ bu silahlara görə 1 trilyon dollar xərcləyəcək

ABŞ hökuməti, qarşıdakı on il ərzində nüvə silahlarının idarə olunması, saxlanması və modernləşdirilməsi üçün təxminən 1 trilyon dollar vəsait xərcləyəcək. Bu m...

İlhamə Elşadqızı məhkəmədə ifadə verdi - FOTO

"TikTok"da əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməliyyatlarla bağlı həbs olunan şair İlhamə Elşadqızı barəsində olan cinayət işi üzrə məhkəmə pros...

Putinin səssizliyi Trampı əsəbləşdirdi: “İkinci sanksiyalar qapıdadır”

ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putinin İstanbulda keçiriləcək atəşkəs danışıqlarına qatılıb-qatılmayacağı ilə bağlı açıqlama verib. Tra...

Daşkəsəndə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib

Mayın 14-də saat 00:30 radələrində 3 nəfər (1-i qadın, 2-si kişi cinsli olmaqla) dəm qazından zəhərlənmə şübhəsilə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının Təcili ...

İdeal evlilik yaşı açıqlanıb - "Evlənməyin də öz vaxtı var"

“Tənhalıq insana xas bir xüsusiyyət deyil. Bir insan ailə qurarkən bunun necə məsuliyyətli bir iş olduğunu dərk etməlidir”.   Sfera.az Te...

Türkiyədə sudan zəhərlənən 80 nəfər xəstəxanaya müraciət edib

Türkiyənin Bolu vilayətinin 4 kəndində içməli su ilə əlaqədar kütləvi zəhərlənmə baş verib.   Sfera.az Trend-ə isinadən xəbər verir ki, bu barədə Tür...