Ermənistan MN Avropa İttifaqı ilə əməkdaşlığı müzakirə etdi

Ermənistan MN Avropa İttifaqı ilə əməkdaşlığı müzakirə etdi

Ermənistan Müdafiə Nazirliyi Avropa İttifaqı ilə təhlükəsizlik məsələləri üzrə əməkdaşlığı müzakirə edib.

 

Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi özünün Telegram kanalında məlumat yayıb.

 

Məlumatda bildirilib ki, Ermənistanın müdafiə naziri Suren Papikyan Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbəri Rori Domla əməkdaşlığı müzakirə edib.

 

Departamentdən verilən açıqlamada qeyd olunub ki, Dommi Ermənistana Aİ-nin respublikadakı nümayəndə heyətinin rəhbəri, fövqəladə və səlahiyyətli səfir Vasilis Maraqosun müşayiəti ilə gəlib. Görüş zamanı Ermənistan və Aİ arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.

 

Bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin rəhbəri, səfir Vasilis Maraqosla görüşündə Aİ ilə təhlükəsizlik üzrə dialoqu müsbət qiymətləndirib. Tərəflər siyasət və təhlükəsizlik sahəsində fəal dialoqdan məmnunluq ifadə ediblər.

 

Diplomatlar arasında həmçinin Azərbaycan-Ermənistan münasibətləri müzakirə olunub.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR