Dünyanın ən güclü orduları: Türkiyə... + SİYAHI

ABŞ-də yerləşən “Global Fire Power” hərbi-analitik portalı “Dünyanın Ən Güclü Orduları 2024” siyahısını dərc edib.
Sfera.az xəbər verir ki, 145 ölkənin yer aldığı siyahı hərbi qüvvələrin hərəkətliliyi, döyüş meydanındakı fəaliyyətləri, təchizatları, maliyyə vəziyyəti, coğrafiyası kimi bir sıra amillərin nəzərə alınması nəticəsində hazırlanıb.
Xüsusilə, Yaxın Şərqdə terror təşkilatlarına qarşı davam edən mübarizəyə görə yerli müdafiə sənayesinə üstünlük verərək hərbi strategiyasını yenidən formalaşdıran Türkiyə bu il siyahıda 3 pillə yüksəlib.
Həmin siyahıda yer alan ölkələri təqdim edirik:
10 - İtaliya
9 - Pakistan
8 - Türkiyə
7 - Yaponiya
6 - Böyük Britaniya
5 - Cənubi Koreya
4 - Hindistan
3 - Çin
2 - Rusiya
1 – ABŞ
Ülkər Abdurahmanlı