"Rusiya hərbçilərini ölkənizdən çıxarın əvəzində..." - Berlindən İrəvana TƏKLİF

Almaniya Rusiya sərhədçilərinin Ermənistandan tez müddətdə çıxarılması və bir sıra digər anti-Rusiya addımları müqabilində İrəvana maliyyə yardımı təklif edib. 

 

Sfera.az-ın məlumatına görə TASS agentliyi yazır ki, Almaniya Ermənistanla Rusiya arasında nifaq yaratmağa çalışır:

 

“Almanlar rus sərhədçilərinin Ermənistan ərazisindən tez çıxarılmasında, ölkə hakimiyyətinin öz dövlət aparatını Rusiyaya dostluq edən şəxslərdən təmizlənməsində və bunun müqabilində Berlinin erməni tərəfinə lazımi maliyyə yardımı göstərilməsində maraqlıdır".

 

Bundan əlavə, almanların Qarabağ ermənilərini Avropa İttifaqı ölkələrinə kütləvi mühacirətdən saxlamağa çalışan Nikol Paşinyan hökumətinə dəstək verəcəklərinə söz verdiyi iddia olunub.

 

Qeyd edək ki, bundan əvvəl Almaniya parlamentinin üzvü Matias Moosdorff anti-Rusiya sanksiyalarının tətbiqinə görə, Avropa İttifaqının neçə milyon avro itirdiyini açıqlayıb. Onun hesablamalarına görə, faktiki xərclər artıq 500 milyon avronu keçib.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR