1915-ci ildə aysberqlə toqquşaraq batan gəmi 107 il sonra tapıldı - VİDEO

1915-ci ildə aysberqlə toqquşaraq batan gəmi 107 il sonra tapıldı - VİDEO

1915-ci ildə 27 nəfərlik heyəti ilə buz parçasına ilişib, daha sonra dənizin dibinə batan “Endurance” adlı gəmi düz 107 il sonra Antarktidanın Weddel dənizinin 3 min metr altında tapılıb.



Sfera.az “Şekltonun İtmiş Gəmisi”nin tapılmasının təfərrüatlarını təqdim edir. Gəmi 2022-ci ildə tapılıb. O vaxta qədər o itmiş hesab olunurdu.



1915-ci ildə Explorer Ernest Shackletonun (Şeklton) "Endurance" gəmisi 27 nəfərlik heyəti ilə Antarktidanın o biri ucuna getmək üçün yola düşüb.


Batmadan əvvəl böyük bir buz parçasına ilişib qalan və bütün heyətinin Antarktidada qapalı qalmasına səbəb olan “Endurance” fəlakətində itki olmasa da, gəmi bir müddət sonra bataraq Weddel dənizinin dibinə batıb. Həmin vaxt 27 nəfər həyatda qalmaq uğrunda əsl mübarizə aparıb.



Uzun müddət axtarılsa da, gəmidən heç bir əsər-əlamət qalmasa da, “Endrance” 107 il sonra tapılıb.



“Endurance22” adlı axtarış qrupu 107 il itkin hesab olunan gəmini tapmaq üçün hərəkətə keçib və nə qədər qəribə də olsa, nəhəng gəmi batdığı ərazidən düz 4 mil cənubda aşkarlanıb.


Weddel dənizinin 3000 metr dərinliyində yerləşən gəmi bir sıra avtonom sualtı nəqliyyat vasitələrinin köməyi ilə kəşf edilib.


Bütün bu illər ərzində son dərəcə yaxşı vəziyyətdə olan gəminin batması yüksək keyfiyyətli kameralarla lentə alınıb.


Tədqiqat qrupu batan gəmidə ciddi bir çürümə olmadığını aşkar edərək, onun ətrafdakı buzlaq şəraitinə görə zədələnmədiyini təyin edib.
İndiyə qədər tapılan ən yaxşı vəziyyətdə qalmış gəmi dayanma yerindən tərpənməyəcək və Antarktidada bir abidə kimi qorunacaq.


Maraqlananlar üçün 107 il sonra tapılan “Endurance” gəmisinin qalıqlarının görüntülərini təqdim edirik:


OXŞAR XƏBƏRLƏR

Daşkəsəndə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib

Mayın 14-də saat 00:30 radələrində 3 nəfər (1-i qadın, 2-si kişi cinsli olmaqla) dəm qazından zəhərlənmə şübhəsilə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının Təcili ...

İdeal evlilik yaşı açıqlanıb - "Evlənməyin də öz vaxtı var"

“Tənhalıq insana xas bir xüsusiyyət deyil. Bir insan ailə qurarkən bunun necə məsuliyyətli bir iş olduğunu dərk etməlidir”.   Sfera.az Te...

Türkiyədə sudan zəhərlənən 80 nəfər xəstəxanaya müraciət edib

Türkiyənin Bolu vilayətinin 4 kəndində içməli su ilə əlaqədar kütləvi zəhərlənmə baş verib.   Sfera.az Trend-ə isinadən xəbər verir ki, bu barədə Tür...

Rusiyada“WhatsApp” MMC və “Signal Messenger” MMC cərimələndi

Moskvanın Taqanski Rayon Sülh Məhkəməsi “WhatsApp” və “Signal” messencerlərini Rusiya qanunlarına tabe olmamaqda günahlandırıb.  ...

"Azərbaycan və Ermənistan "İbrahim sazişi"nə qoşula bilər" - ABŞ-dən İDDİA

Azərbaycan və Ermənistan İbrahim razılaşmasına qoşula bilər.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin xüsusi elçisi Stiv Vitkoff “Breitbart News...

Qadının əməliyyatdan sonra ölməsi ilə bağlı şok açıqlama

Kürdəmirdə xəstə əməliyyatdan sonra dünyasını dəyişib.   Sfera.az Report-a istinadən xəbər verir, ki hadisə rayon mərkəzi xəstəxanasında qeydə a...