Ledi Qaqa sevgilisi ilə birlikdə görüntüləndi - FOTO

Ledi Qaqa sevgilisi ilə birlikdə görüntüləndi - FOTO

Yunan əsilli amerikalı müğənni Ledi Qaqa 46 yaşlı sevgilisi Maykl Polanski ilə Kaliforniyanın Malibu şəhərində gəzintiyə çıxıb.


Sfera.az bildirir ki, əsl adı Stefani Germanotta olan Ledi Qaqa Maykl Polanski ilə 2020-ci ilin yanvarından görüşür. 2023-cü ildə qısa müddətlik ayrılıq yaşayan cütlük yenidən barışıb.


Qeyd edək ki, Ledi Qaqa çox nadir hallarda sevgilisi ilə medianın qarşısına çıxır. Məşhur ulduz öz şəxsi həyatını ictimaiyyətin diqqətindən kənarda yaşamağa üstünlük verir. Gəzinti zamanı müğənni qara Rey Ban eynəkləri ilə makiyajsız olub. Aktrisa boz sviter və tünd, boş cins şalvar geyinib.

 

Cütlüyün münasibəti ilk dəfə 2020-ci ilin yanvarında, Yeni ili qeyd etmək üçün Las-Veqasda öpüşdükləri zaman məlum olub.


2023-cü ilin əvvəlində ayrılan cütlüyün, yayda barışdıqları bildirildi.

 

Xatırladaq ki, Ledi Qaqanın sevgilisi “Parker Group”un baş direktorudur və sevgilisindən doqquz yaş böyükdür.

 

Aysel

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR