İt əti yeyənlər cərimələnə və ya həbs oluna bilər - QANUN

İt əti yeyənlər cərimələnə və ya həbs oluna bilər - QANUN

Cənubi Koreya parlamenti it yeməyi tamamilə qadağan edib.
 

Sfera.az bildirir ki, bu ölkədə it ətinin istehlakını qadağan edən qanun qəbul edilib.

 

Qeyd edək ki, it əti ölkədə dərman sayılır. Adətən şiddətli soyuqdəymə zamanı istifadə olunur. İt ətindən hazırlanan yeməklərə daha çox yaşlı nəsil üstünlük verir. Bu da adətən ölkədə başqa alternativ dərman vasitələri olmadığı zaman gəncliklərində bu üsula üstünlük verilməsi ilə bağlıdır.
 

Yemək üçün it yetişdirən və ya bilərəkdən belə əti alan vətəndaşları cərimə və ya həbs gözləyir.


Yeni qanun layihəsinə əsasən, yemək üçün iti öldürən hər kəs üç ilə qədər həbs və ya 30 milyon Koreya vonuna qədər cərimə ilə cəzalandırıla bilər.
Həbs və cərimələr it yetişdirən, bilərəkdən evdə itlərdən hazırlanmış məhsulları alan, daşıyan, saxlayan və ya satan hər kəsə şamil ediləcək.
 

Koreya hökumətinin məlumatına görə, 2023-cü ildə Cənubi Koreyada təxminən 1150 it yetişdirmə ferması, 34 kəsim məntəqəsi, 219 paylama şirkəti və sırf it əti xidməti göstərən 1600-ə yaxın restoran fəaliyyət göstərib.


Xatırladaq ki, hələ 2021-ci ildə ölkə prezidenti baş nazir Kim Bu Gyeomdan it ətinin yeməyə tam qadağa qoyulması barədə düşünməyin vaxtının gəlib çatdığını bildirmişdi.

Eyni zamanda küçə və tərk edilmiş ev heyvanlarının qorunması sisteminin təkmilləşdirmək planının müzakirə edildiyi bildirilir. Hələ ki, başqa təfərrüatlar açıqlanmayıb.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR