Hicabsız gəzən qadına 74 şallaq cəzası verildi - FOTOLAR

Hicabsız gəzən qadına 74 şallaq cəzası verildi - FOTOLAR

İran hakimiyyəti 33 yaşlı gənc qadını “ictimai əxlaqı pozduğuna" görə 74 şallaq zərbəsi ilə cəzalandırıb. O, həmçinin küçədə hicab taxmaqdan imtina etdiyi üçün 300 avro cərimələnib.


Sfera.az bildirir ki, Röya Heşməti döyüldükdən sonra da məmurların təhvil verdiyi hicabdan imtina edib.


Heşmati sosial media hesabında fotoşəklini paylaşaraq, kürəyinə, ayaqlarına və ombasına vəhşicəsinə zərbələr vurulduğunu bildirib. O, döyüldüyü rütubətli otağı orta əsrlərə aid işgəncə kamerası ilə müqayisə edib. Bütün bunlara baxmayaraq, o, məhkəmə zalında da hicab taxmaqdan imtina edib.


"Döyülmə bitdi. Otaqdan çıxdıq. Zərər çəkdiyimi göstərmək istəmədim... Hökmün icrasına cavabdeh olan hakimə yaxınlaşdıq. Qadın agent arxamca gəldi və şərfi başımdan yerə atmağıma mane olmağa çalışdı. Məhkəmə zalının girişində yaylığı çıxartdım. Qadın məndən taxmağımı istədi, lakib dayanıb, tabe olmadım”– deyə o yazıb.

Bu cür amansız cəza növü İranda ilk olmamasına baxmayaraq, sosial şəbəkələrdə geniş rezonans doğurub.


Ölkənin aparıcı jurnalistlərindən və ictimai fəallarından Abbas Abdi bu zərbələrin normal həyat və azadlıq arzusunda olanların hamısına dəydiyini deyib.


Qeyd edək ki, 1979-cu il İslam İnqilabından sonra İranda bütün qadınların boyunlarını və başlarını örtmələri tələb olunur.


Qanunu pozanlara qarşı daha sərt tədbirlər görülsə də, qamçı ilə şallaqlama cəzasına son zamanlar nadir rast gəlinir.


Xatırladaq ki, avqustdan etibarən İranda əxlaq polisinin kameralardan istifadə edərək, qanunu pozanları axtaracağı xəbəri yayılıb.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Daşkəsəndə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib

Mayın 14-də saat 00:30 radələrində 3 nəfər (1-i qadın, 2-si kişi cinsli olmaqla) dəm qazından zəhərlənmə şübhəsilə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının Təcili ...

İdeal evlilik yaşı açıqlanıb - "Evlənməyin də öz vaxtı var"

“Tənhalıq insana xas bir xüsusiyyət deyil. Bir insan ailə qurarkən bunun necə məsuliyyətli bir iş olduğunu dərk etməlidir”.   Sfera.az Te...

Türkiyədə sudan zəhərlənən 80 nəfər xəstəxanaya müraciət edib

Türkiyənin Bolu vilayətinin 4 kəndində içməli su ilə əlaqədar kütləvi zəhərlənmə baş verib.   Sfera.az Trend-ə isinadən xəbər verir ki, bu barədə Tür...

Rusiyada“WhatsApp” MMC və “Signal Messenger” MMC cərimələndi

Moskvanın Taqanski Rayon Sülh Məhkəməsi “WhatsApp” və “Signal” messencerlərini Rusiya qanunlarına tabe olmamaqda günahlandırıb.  ...

"Azərbaycan və Ermənistan "İbrahim sazişi"nə qoşula bilər" - ABŞ-dən İDDİA

Azərbaycan və Ermənistan İbrahim razılaşmasına qoşula bilər.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin xüsusi elçisi Stiv Vitkoff “Breitbart News...

Qadının əməliyyatdan sonra ölməsi ilə bağlı şok açıqlama

Kürdəmirdə xəstə əməliyyatdan sonra dünyasını dəyişib.   Sfera.az Report-a istinadən xəbər verir, ki hadisə rayon mərkəzi xəstəxanasında qeydə a...