Müharibə tərəfdarı olan jurnalistin mənzilini yandırdılar

Müharibə tərəfdarı olan jurnalistin mənzilini yandırdılar

Rusiyada, Sankt-Peterburqda naməlum şəxslər “Sputnik”in əməkdaşı və “İzolyasiya lenti” (“İzolenta”) layihəsinin müəlliflərindən biri Trofim Tatarenkovun mənzilinin qapısını yandırıblar. O, bu barədə öz Telegram kanalında məlumat verib.


Sfera.az xəbər verir ki, Tatarenkov həyatına sui-qəsddə Ukrayna izi gördüyünü bildirib.


Hadisə zamanı mənzildə heç kim olmayıb. Narahat olaraq polisə müraciət edən jurnalistin dediyinə görə, hadisə yanvarın 7-də axşam saatlarında baş verib.


"Mənzilin qapısını təkərlərlə əhatə edib, əlavə lövhələr gətirib, "Molotov kokteyli" atıblar. Qapı seyf olduğuna görə mənzil yanmayıb. Amma başa düşdüyüm qədərilə, itkiləri əvvəldən hesablayıblar. Hadisəni törədənlər mənzildə kiminsə olduğunu təxmin ediblər. Biz evdə deyildik, amma işıq yanırdı”.


Tatarenkov onu heç nə ilə qorxuda bilməyəcəklərini də əlavə edib və yanğından sonra polisə ərizə yazdığını bildirib.


Trofim Tatarenkov kimdir?


Trofim Tatarenkov Sankt-Peterburqlu sahibkar və biznes məsləhətçisidir. O, Youtube-da məşhur “İzolenta” kanalını yaradıb. Kanalın layihələrində Rusiyanın xarici işlər naziri Mariya Zaxarova, Tiqran Keosayan və digər məşhur siyasətçi və təbliğatçılar da yer alıb. İndi Tatarenkov Sputnik radiosunda aparıcı işləyir. O, Rusiyanın Ukraynaya qarşı müharibəsini və ümumilikdə Kremlin siyasətini fəal şəkildə dəstəkləyir.


Tatarenkov Rusiya tok-şoularından birində deyib ki, “Müharibəyə yox” şüarı nasistlərindir.


Qeyd edək ki, rusiyalı reper Oxxxymiron “Müharibəyə yox” şüarı altında Londonda xeyriyyə konsertləri verib.


Konsertdə Rusiyanın Ukraynaya təcavüzünü pisləyən şüarları Tatarenkov Leninqrada atılan nasist vərəqələrindəki şüarla eyniləşdirib: (“Biz sülh tərəfdarıyıq”).


Xatırladaq ki, bundan əvvəl ukraynalıları diri-diri yandırmağa, ukraynalı uşaqları öldürməyə çağıran “Russia Today” telekanalının keçmiş direktoru Anton Krasovski də zəhərlənmişdi. O, hal-hazırda xəstəxanadadır. Krasovski ilə birgə yaşayan 43 yaşlı sevgilisi isə mənzildə ölü aşkarlanıb.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR