Tayvan hava hücumu ilə XƏBƏRDARLIQ - Çin peyklə raket buraxdı - FOTO

Tayvan hava hücumu ilə XƏBƏRDARLIQ - Çin peyklə raket buraxdı - FOTO

Bu gün Tayvan adasının hər yerində vətəndaşların mobil telefonlarına mümkün hava hücumu ilə bağlı xəbərdarlıq mesajları göndərilib. Buna səbəb əvvəllər də rəsmi Taypey və Pekin arasında artan gərginlik fonunda Çin peykinin hava məkanına buraxılması olub.


Sfera.az bildirir ki, Tayvanın xarici işlər nazirinin sözlərinə görə, reaktiv daşıyıcı aparat adanın cənub hissəsi üzərində uçub. Çin dövlət mediası orbitə buraxılan peykin Kainatdakı müəmmalı müvəqqəti hadisələri izləyəcəyini bildirib.


Raketin keçməsi ilə bağlı sakinlərin mobil telefonlarına prezident xəbərdarlığı göndərilib. Hava hücumu xəbərdarlığı Çin hakimiyyətinin Siçan kosmodromundan (Siçuan əyalətinin cənub-qərbində) “Einstein Probe” peykinin uğurla buraxıldığını elan etdikdən bir neçə dəqiqə sonra elan edilib.
 

Çin dövlət televiziyası raketin “Long March-2C” daşıyıcısından istifadə edilərək həyata keçirildiyini və peykin orbitə uğurla çıxarıldığını bildirib. Bu barədə əvvəlcədən məlumat verilməyib və heç bir təfərrüat açıqlanmayıb.


Hava hücumu xəbərdarlığı ilə bağlı insident prezident və parlament seçkilərinə cəmi bir neçə gün qalmış baş verib. Şənbə günü Tayvan xalqı, Çinlə müharibə və ya sülh arasında seçim edəcək.


Xatırladaq ki, rəsmi Pekin Çinin şərq sahilindən təxminən 160 km aralıda yerləşən Tayvanı onun nəzarətinə keçməli olan separatçı əyalət kimi görür.


Sinxua dövlət xəbər agentliyinin məlumatına görə, orbitə buraxılan Çin peyki “Kainatda atəşfəşanlıqların parıldamasına bənzəyən sirli müvəqqəti hadisələri izləyəcək”. Jurnalistlərin fikrincə, bu, kosmosun az məlum olan tərəflərini açmaq üçün lazımdır.
 

Hava hücumu barədə xəbərdarlıq Tayvanın xarici işlər naziri Cozef Vunun mətbuat konfransı zamanı da səsləndirilib.


"Bu, bizim uzun müddətdir mübarizə apardığımız bir şeydir. Tayvan hökumətinə gəlincə, ordumuz istənilən fövqəladə vəziyyətlə məşğul olmağa hazırdır"- deyə nazir peyk və ÇXR-dən gözlənilən mümkün təxribatlar barədə suala cavabında deyib. 


O, peykin buraxılış aparatının Tayvanın cənubu üzərində uçduğunu xatırladıb, lakin təfərrüatları açıqlamayıb.


Tayvan prezidentliyinə aparıcı namizəd Uilyam Lai Pekinin dialoqu yenidən başlamağa ümid etdiyini bildirib. Təxminən səkkiz ildir bütün dialoq təkliflərini rədd edən Çin tərəfi təmasların bərpası üçün şərt olaraq Tayvan rəhbərliyindən adaya sahiblik iddialarından əl çəkməsini tələb edir.


Xatırladaq ki, “Bloomberg” hesablamalarına görə, Tayvan uğrunda müharibə dünyaya təqribi 10 trilyon dollara və ya qlobal ÜDM-in 10%-nə başa gələ bilər.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR