Onlarla vaqon relsdən çıxaraq, aşdı - Son 24 saatda ikinci dəhşətli qəza

Rusiya əks istiqamətdə hərəkət edən qatarların toqquşması nəticəsində 14 vaqon relsdən çıxaraq, aşıb.
Sfera.az xəbər verir ki, qəza nəticəsində dəmir yoluna ciddi ziyan dəysə də, xəsarət alan olmayıb.
Hadisə yanvarın 8-də saat 19 radələrində Trans-Baykal dəmir yolunun Aleur-Buşuley hissəsində baş verib. Əvvəlcə Rusiya dəmir yolları 27 yük vaqonunun relsdən çıxdığını bildirsə də, sonradan 14 vaqonun relsdən çıxdığı bildirilib.
Cinayət işi açılıb, hadisənin səbəbləri müəyyənləşdirilir.
Bu qəza nəticəsində tələfat olmayıb.
Ciddi gecikmələr səbəbindən bəzi sərnişinlər üçün əlavə qatarlar təşkil olunub, hadisənin nəticələri aradan qaldırılır və bu ərazidə nəqliyyatın hərəkəti bərpa edilir.
Xatırladaq ki, ötən gecə Moskvaya gedən magistrallardan birində də (Novqorod, Neva magistralı) irimiqyaslı qəza baş verib. Yolda 50-yə yaxın avtomobil toqquşub, tıxac azı 30 kilometrə çatıb. Hadisəyə yolların təmizlənməməsinin səbəb olduğu ehtimal edilir. Qəza nəticəsində ölən və yaralananlar var.
Rusiya mətbuatı 10 nəfərin yaralandığını və tibb müəssisəsinə təxliyə edildiyini yazır. Ölənlər arasında iki uşaq da var.
Moskvaya gedən avtomobillərin hərəkəti tamamilə bağlanıb.
Rusiya mətbuatı yazır ki, yolun təmizlənməsinə müstəntiqlər cavabdeh olacaq. Xüsusilə, Novqorod vilayətində İstintaq Komitəsi təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi ilə bağlı yoxlama təşkil edib.
Bu arada Rusiya sakinləri bu magistralda insanların daim sürət həddini aşmasından şikayətlənir və hətta “Avropadakı kimi” cərimələrin tətbiq edilməsini tələb edirlər.
Həmçinin Moskvada istilik xəttində baş vermiş qəza nəticəsində on minlərlə sakin şiddətli şaxtalarda istiliksiz və isti susuz qalıb. Hətta Podolskda fövqəladə vəziyyət elan edilib.
Aysel
Sfera.az