"Sürücü həmin qurumu məhkəməyə verə bilər, çünki..." - Vəkildən zərər görmüş avtomobillərlə bağlı AÇIQLAMA

Bəzən sürücülər yolda müəyyən maneələrlə qarşılaşırlar. Məsələn, hərəkət edərkən qəflətən yola tökülmüş müxtəlif tərkibli mayelər, maddələr onlara problem yaradır. Nəticədə avtomobil sürüşə və yaxud qəza baş verə bilir. Bununla da avtomobilə, o cümlədən sürücüyə maddi zərər dəyir.

 

Maraqlıdır, bunun əvəzini sürücü kimdən tələb edə bilər?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən vəkil Vamiq Şükürov deyib ki, ümumiyyətlə, maye və maddələrin töküldüyü yolda işarələr qoyulmalı, lazım gəldikdə isə hərəkət məhdudlaşdırılmalıdır:

 

“Yol təsərrüfatını idarə etməli olan qurumun vaxtında bu tədbirləri görməməsi nəticəsində avtomobilə zərər dəyərsə, onda sürücü həmin qurumu məhkəməyə verə, ziyanın əvəzini ondan tələb edə bilər”.

 

Vəkil həmçinin söyləyib ki, həmin maye və maddələrin yola tökülməsinə səbəb olan sürücülərdən də ziyanın əvəzi tələb oluna bilər.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Daşkəsəndə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib

Mayın 14-də saat 00:30 radələrində 3 nəfər (1-i qadın, 2-si kişi cinsli olmaqla) dəm qazından zəhərlənmə şübhəsilə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının Təcili ...

İdeal evlilik yaşı açıqlanıb - "Evlənməyin də öz vaxtı var"

“Tənhalıq insana xas bir xüsusiyyət deyil. Bir insan ailə qurarkən bunun necə məsuliyyətli bir iş olduğunu dərk etməlidir”.   Sfera.az Te...

Türkiyədə sudan zəhərlənən 80 nəfər xəstəxanaya müraciət edib

Türkiyənin Bolu vilayətinin 4 kəndində içməli su ilə əlaqədar kütləvi zəhərlənmə baş verib.   Sfera.az Trend-ə isinadən xəbər verir ki, bu barədə Tür...

Rusiyada“WhatsApp” MMC və “Signal Messenger” MMC cərimələndi

Moskvanın Taqanski Rayon Sülh Məhkəməsi “WhatsApp” və “Signal” messencerlərini Rusiya qanunlarına tabe olmamaqda günahlandırıb.  ...

"Azərbaycan və Ermənistan "İbrahim sazişi"nə qoşula bilər" - ABŞ-dən İDDİA

Azərbaycan və Ermənistan İbrahim razılaşmasına qoşula bilər.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin xüsusi elçisi Stiv Vitkoff “Breitbart News...

Qadının əməliyyatdan sonra ölməsi ilə bağlı şok açıqlama

Kürdəmirdə xəstə əməliyyatdan sonra dünyasını dəyişib.   Sfera.az Report-a istinadən xəbər verir, ki hadisə rayon mərkəzi xəstəxanasında qeydə a...