"Ermənistan bu mövqeyindən geri çəkilməsə..." - Politoloqdan AÇIQLAMA

"Ermənistan Zəngəzur dəhlizi ilə bağlı manipulyasiyalar etməyə davam edir".


Sfera.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.


“Ermənistan parlamentinin Xarici əlaqələr komissiyasının rəhbəri Sarkis Xandanyan Azərbaycanla Naxçıvan arasında maneəsiz giriş -çıxışa icazə verilməyəcəyini və bunun qırmızı xətt olduğunu qeyd edib. Ermənistan tərəfi sadələşdirilmiş gömrük tarifini təklif edərək  nəzarət mexanizmini həyata keçirmək istəyir. 


Məhəmməd Əsədullazadə bildirib ki, bu problemin sülh müqaviləsinin mətninə salınıb-salınmadığı aydın deyil:


“Əgər, Ermənistan tərəfi bu mövqeyindən geri çəkilməsə, sülhün əldə edilməsi uzanacaq. Ümumiyyətlə, Azərbaycan bu ölkənin suverenliyini qəbul edir. Azərbaycan əsasən, bu dəhliz vasitəsilə maneəsiz giriş-çıxışa maraqlıdır. Necəki, Rusiya ilə onun vilayəti olan Kalinqrad arasında Latviyadan keçən dəmiryol xətti maneəsiz giriş- çıxışa malikdir. Ermənistan rəhbərliyi isə bu təklifi qəbul etmək istəmir. Ermənistanın nəzarəti ilə giriş-çıxışın təmin olunması təhlükəsizlik müstəvisində risklidir”. 


Ülkər Abdurahmanlı
 


OXŞAR XƏBƏRLƏR

Daşkəsəndə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib

Mayın 14-də saat 00:30 radələrində 3 nəfər (1-i qadın, 2-si kişi cinsli olmaqla) dəm qazından zəhərlənmə şübhəsilə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının Təcili ...

İdeal evlilik yaşı açıqlanıb - "Evlənməyin də öz vaxtı var"

“Tənhalıq insana xas bir xüsusiyyət deyil. Bir insan ailə qurarkən bunun necə məsuliyyətli bir iş olduğunu dərk etməlidir”.   Sfera.az Te...

Türkiyədə sudan zəhərlənən 80 nəfər xəstəxanaya müraciət edib

Türkiyənin Bolu vilayətinin 4 kəndində içməli su ilə əlaqədar kütləvi zəhərlənmə baş verib.   Sfera.az Trend-ə isinadən xəbər verir ki, bu barədə Tür...

Rusiyada“WhatsApp” MMC və “Signal Messenger” MMC cərimələndi

Moskvanın Taqanski Rayon Sülh Məhkəməsi “WhatsApp” və “Signal” messencerlərini Rusiya qanunlarına tabe olmamaqda günahlandırıb.  ...

"Azərbaycan və Ermənistan "İbrahim sazişi"nə qoşula bilər" - ABŞ-dən İDDİA

Azərbaycan və Ermənistan İbrahim razılaşmasına qoşula bilər.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin xüsusi elçisi Stiv Vitkoff “Breitbart News...

Qadının əməliyyatdan sonra ölməsi ilə bağlı şok açıqlama

Kürdəmirdə xəstə əməliyyatdan sonra dünyasını dəyişib.   Sfera.az Report-a istinadən xəbər verir, ki hadisə rayon mərkəzi xəstəxanasında qeydə a...