Milli Qəhrəman Salatın Əsgərovanın anım günüdür

Milli Qəhrəman Salatın Əsgərovanın anım günüdür

Bu gün Azərbaycan Respublikasının Milli Qəhrəmanı, jurnalist Salatın Əsgərovanın anım günüdür.

 

Sfera.az Salatın Əsgərovanın əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir.

 

Xatırladaq ki, Salatın Əziz qızı Əsgərova 16 dekabr 1961-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1979-cu ildə Bakı şəhərində Mikayıl Müşfiq adına 18 saylı orta məktəbi əla qiymətlərlə başa vurub, eyni ildə Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. 1984-cü ildə geofizika ixtisası üzrə mühəndis diplomu alan Salatın Əsgərova jurnalistika sahəsinə böyük maraq göstərib. Elə həmin il müqavilə ilə “Bakı” qəzetində, dörd il sonra isə “Molodyoj Azerbaydjana” qəzetində işləməyə başlayıb. Salatın Əsgərovanın toxunduğu məsələlər Azərbaycan torpaqlarının bütövlüyü ilə bağlı olub.

 

Salatın tez-tez Qarabağa gedər, qaynar nöqtələrdən operativ materiallar hazırlayardı. Onun sonuncu yazısı Xocalıdakı xüsusi təyinatlı polis dəstəsinin fəaliyyətindən, çətin döyüş əməliyyatlarından bəhs edən “Omonçular” olub.

 

1991-ci il yanvarın 9-da içində Salatın Əsgərovanın da olduğu maşın erməni terrorçular tərəfindən Qaladərəsi kəndi yaxınlığında mühasirəyə düşüb. Maşın yaxın məsafədən şiddətli atəşə tutulub, Salatın Əsgərova amansızca qətlə yetirilib.

 

Salatın Əsgərova Bakı şəhərində, Şəhidlər Xiyabanında dəfn edilib.

 

6 noyabr 1992-ci ildə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

 

Qeyd edək ki, o, Azərbaycanın ilk şəhid qadın jurnalistidir. Salatın Əsgərova ailəli idi. Bu evlilikdən yeganə övladı Ceyhun dünyaya gəlib. Ceyhun Əsgərov özü də jurnalistdir.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

“iPhone 17” bu tarixdə satışa çıxarılacaq

“Apple” 2025-ci ildə təqdim edəcəyi yeni nəsil “iPhone 17” modeli ilə texnologiya dünyasının diqqət mərkəzinə düşməyə hazırlaşır. Şirkət...

Bakıda cibgirlik edən Əlcəzair vətəndaşları saxlanıldı

Bakının mərkəzində cibgirlik edən Əlcəzair vətəndaşları saxlanılıb.   Sfera.az xəbər verir k, Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsi əmək...

ABŞ bu silahlara görə 1 trilyon dollar xərcləyəcək

ABŞ hökuməti, qarşıdakı on il ərzində nüvə silahlarının idarə olunması, saxlanması və modernləşdirilməsi üçün təxminən 1 trilyon dollar vəsait xərcləyəcək. Bu m...

İlhamə Elşadqızı məhkəmədə ifadə verdi - FOTO

"TikTok"da əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməliyyatlarla bağlı həbs olunan şair İlhamə Elşadqızı barəsində olan cinayət işi üzrə məhkəmə pros...

Putinin səssizliyi Trampı əsəbləşdirdi: “İkinci sanksiyalar qapıdadır”

ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putinin İstanbulda keçiriləcək atəşkəs danışıqlarına qatılıb-qatılmayacağı ilə bağlı açıqlama verib. Tra...

Daşkəsəndə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib

Mayın 14-də saat 00:30 radələrində 3 nəfər (1-i qadın, 2-si kişi cinsli olmaqla) dəm qazından zəhərlənmə şübhəsilə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının Təcili ...