Ölkədə rezonans yaradan HADİSƏ: Professor qız tələbələrə TƏCAVÜZ ETDİ

Ölkədə rezonans yaradan HADİSƏ: Professor qız tələbələrə TƏCAVÜZ ETDİ

Hindistanda Haryana əyalətinin Sirsa şəhərində təxminən 500 qadın universitet tələbəsi bir müəllimi cinsi təcavüzdə günahlandırıb. 

 

Sfera.az bildirir ki, bu barədə "Times of India"məlumat yayıb.

 

Qızlar professoru cinsi istismarda ittiham edərək Baş nazirə və əyalət qubernatoruna, eləcə də Qadınlar Komissiyasına məktub göndəriblər. Tələbələrin dediyinə görə, müəllim onları tualetə aparıb və orada onları cinsi istismara məruz qoyub. Qızlar professorun zorakılığa müqavimət göstərmək istəyənləri universitetdən xaric edəcəyi ilə hədələdiyini də deyiblər.

 

Qeyd olunur ki, müəllim daha əvvəl iki dəfə cinsi təcavüzdə ittiham olunub. Səlahiyyətlilər araşdırma aparıblar, lakin professoru məsuliyyətə cəlb etmək üçün lazımi sübut tapmayıblar.

 

“Hazırda məktubda 500 qızın adı çəkildiyi üçün polis və universitet işi yenidən araşdırır”, - universitet rəsmisi bildirib.

 

Tələbələrin sözlərinə görə, professor bütün sübutları, o cümlədən kamera görüntülərini məhv edib. 

 

İnci


OXŞAR XƏBƏRLƏR

Rusiyada“WhatsApp” MMC və “Signal Messenger” MMC cərimələndi

Moskvanın Taqanski Rayon Sülh Məhkəməsi “WhatsApp” və “Signal” messencerlərini Rusiya qanunlarına tabe olmamaqda günahlandırıb.  ...

"Azərbaycan və Ermənistan "İbrahim sazişi"nə qoşula bilər" - ABŞ-dən İDDİA

Azərbaycan və Ermənistan İbrahim razılaşmasına qoşula bilər.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin xüsusi elçisi Stiv Vitkoff “Breitbart News...

Qadının əməliyyatdan sonra ölməsi ilə bağlı şok açıqlama

Kürdəmirdə xəstə əməliyyatdan sonra dünyasını dəyişib.   Sfera.az Report-a istinadən xəbər verir, ki hadisə rayon mərkəzi xəstəxanasında qeydə a...

Bakının bu qəsəbəsi qazsız qaldı

Bu gün Xəzər rayonunun Şağan qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.   Bu barədə Sfera.az-a “Azəriqaz” İstehsalat Bir...

İcra başçısının müavini 11 ay sonra işdən çıxdı

İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini Ruslan Məmmədov (Eldaroğlu) vəzifəsindən istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə Rus...

Rusiya ABŞ-nin təzyiqlərinə tab gətirəcəkmi? - "Artıq döyüşlərin intensivliyi azalıb"

ABŞ administrasiyası Rusiya-Ukrayna münaqişəsinin həlli istiqamətində irəliləyiş əldə olunmayacağı təqdirdə Moskvaya qarşı indiyədək tətbiq olunmamış, daha sərt...