"Eşkiya Dünyaya Hükümdar Olmaz"ın aktrisası Sinan Akçılla eşq yaşayır - FOTOLAR

Bəstəkar və musiqiçi Sinan Akçıl iştirak etdiyi proqramlarda və sosial media səhifəsində verdiyi açıqlamalarla tez-tez gündəmə gəlir.

 

Sfera.az xəbər verir ki, bəstələdiyi mahnılarla bərabər, Türkiyənin ən xarizmatik sənətçiləri arasında yer alan Sinan Akçıl son aylarda isə Müjde Uzmanla gündəmə gəlib. İki məşhur Türkiyədə, Etilerdə bir məkandan çıxarkən görüntülənib. Akçıl Uzmanla yenidən görüşməyə başladıqlarını, lakin hələlik münasibətlərinə ad vermədiklərini bildirib. Bundan əlavə, Akçıl, "5-6 il əvvəl bir şey yaşadıq. O zaman travmatik bir şey olmuşdu, indi bunun fərqindəyik. Menecerimin toyunda görüşdük, sonra da danışdıq. Sonra konsertimə gəldi. İndi yenidən danışmağa başlamışıq",- Akçıl bildirib.

 

 Lakin ikili son vaxtlar sosial şəbəkələrdə bir-birini izləməyi dayandırıb.

 


Bu gün Sinan Akçıl "TRT" televiziyasında müğənni, aktyor Alişanın təqdimatında proqrama qatılıb. Oxuduğu mahnılarla proqrama rəng qatan Sinan Akçıl evlilik etirafı ilə gündəmi alt-üst edib. Belə ki, müğənni proqramda iki il ərzində evlənmək istədiyini bildirib. Onun bu açıqlaması sosial şəbəkələrdə böyük maraq oyadıb və müzakirələrə səbəb olub. 

 

Qeyd edək ki, Mujde Uzman "Eşkiya Dünyaya Hükümdar Olmaz" serialında rol alıb. Hazırda isə reytinq rekordları qıran "Kızılcık Şerbeti" adlı serialda "Alev" obrazını canlandırır.

 

İnci

 


OXŞAR XƏBƏRLƏR