Ərdoğandan Putin və Zelenskiyə TƏKLİF: "İstanbulda..."

Ərdoğandan Putin və Zelenskiyə TƏKLİF:

Türkiyə Ukrayna ilə bağlı İstanbul danışıqlarının bərpasını təklif edəcək.

 

Sfera.az bildirir ki, bu barədə “RİA Novosti”yə Ankaradakı diplomatik mənbə məlumat verib.

 

Qeyd olunub ki, Ukraynadakı münaqişənin həlli üçün vasitəçilik səyləri Ankaranın 2024-cü ildəki xarici siyasət hədəflərinə daxildir.

 

“Rəcəp Tayyip Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə bu yaxınlarda telefon danışığında Ankaranın danışıqlara ev sahibliyi etməyə hazır olduğunu bir daha çatdırıb. Bu siqnallar ilin əvvəlində hər iki tərəfə yenidən çatdırılacaq”, - mənbə bildirib.

 

Digər tərəfdən, Kreml hazırda danışıqlar üçün heç bir ilkin şərt olmadığını vurğulayıb: “Rusiya üçün mütləq prioritet müharibədə məqsədlərinə nail olmaqdır. Hazırda bu, yalnız hərbi yolla mümkündür”.

 

Günay
 


OXŞAR XƏBƏRLƏR