Dörd uşağın ölümünə səbəb olan YANĞIN: Təqsirli şəxsləri hansı cəza gözləyir? - AÇIQLAMA

Dörd uşağın ölümünə səbəb olan YANĞIN: Təqsirli şəxsləri hansı cəza gözləyir? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, gecə Respublika Perinatal Mərkəzində yanğın baş verib. Hadisə zamanı 3 nəfər tüstüdən zəhərlənib, 4 uşaq isə ölüb. Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.


Sözügedən cinayət maddələrinə əsasən, təqsirli şəxs və ya şəxsləri neçə il azadlıqdan məhrumetmə cəzası gözləyir?

 

Məsələ ilə bağlı hüquqşünas Şamil Paşayev Sfera.az-a bildirib ki, ittihama başqa maddələr də əlavə oluna bilər:

 

“Cinayət işində hazırki vəziyyətə baxsaq, 225.3 maddəsi üç ilədək müddətə müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 314.3 maddəsi isə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. İstintaqin gedişində əlavə maddələrlə də şəxslərin ittiham olunması mümkündür”.

 

Ş.Paşayev sonda əlavə edib ki, təqsirləndirilən şəxs müəyyən olunduqdan sonra zərərçəkmiş şəxslərin maddi və mənəvi iddia qaldırmaq hüquqları var.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Prezident Səudiyyə Ərəbistanının Kralını TƏBRİK ETDİ

Prezident İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda təbrik məktubu ünvanlayıb.   ...

Şahin Bayramov Qarabağ Universitetinin ilk tələbələrinə uğurlar arzuladı - FOTOLAR

Qarabağ Universitetində ilk dərs günüdür.   Universitetdən Sfera.az-a verilən məlumata görə, rektor Şahin Bayramov Qarabağ Universitetinin ilk tələbə...

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi BAŞLADI

Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinə başlanılıb.   Sfera.az xəbər verir ki, proses...

Bakının bu ünvanlarında fərdi evlər SÖKÜLÜR: Sakinlərə PUL VERİLƏCƏK - MƏBLƏĞ

Bakının Yasamal rayonu ərazisində yeni söküntü olacaq. Belə ki, əhaliyə məxsus fərdi yaşayış evləri sökülərək yerində park inşa olunacaq.   Sfera.az ...

"Plan hazırlayıb ruslara göndərəcəyik” - Volodimir Zelenski

Kiyev Rusiya ilə danışıqlar planı hazırlayır.    Sfera.az bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.   “Biz...

VII çağırış Milli Məclisin ilk iclası keçirilir - Prezident toplantıda iştirak edir

Bu dəqiqələrdə yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilir.   Sfera.az xəbər verir ki, Azərbaycan Respublikasının ...