Reperin həyat yoldaşı ad günündə 18+ geyimi ilə bədənini nümayiş etdirdi - FOTO

Reperin həyat yoldaşı ad günündə 18+ geyimi ilə bədənini nümayiş etdirdi - FOTO

Kanye Uestin həyat yoldaşı Bianka Sensori Las-Veqasda ad gününü qeyd edib. Kanye Biankanı yenə özünəməxsus qəribə formada geyindirib.

Sfera.az xəbər verir ki, növbəti dəfə nalayiq formada görünən Bianka yenə medianın diqqətini çəkib. Media Biankanın geyimini “Kanyesayağı” adlandırıb.
46 yaşlı reperlə bikinidə kazinoda gəzən Bianka qəribə geyimi ilə bərabər, bədənini bütün çılpaqlığı ilə nümayiş etdirib.


Biankanın açıq-saçıq üst geyimi, Kanyenin Biankanı bu il necə geyindirmək istədiyi ilə bağlı son paylaşımlarından birindəki geyimlə demək olar ki, eyni görünüb.

 


Bianka assimetrik ağ rəngli dar trikotaj ətək geyinib. O, pixie kəsimli saçını gellə düzəldib və ayaqqabısız olub.
 

Stringerli bikinidə kazinoda gəzərkən Biankanın fotoları çəkilib. Kanye isə bu dəfə medianın və sosial şəbəkə istifadəçilərinin həmişə lağ elədiyi “cır-cındırını başına dolamayıb”.

Həyat yoldaşının ad gününü qeyd edən Kanye Biankanın şəkillərini, "övladlarımın ögey anası" başlığı ilə paylaşıb.

 

​​​​​​
Xatırladaq ki, Kanye və keçmiş həyat yoldaşı Kim Kardaşyanın dörd övladı var.


"Ən gözəl, super pis, ikonik, ilhamverici, istedadlı rəssam, 140 İQ-ya malik, dünyanın yarısı məndən üz döndərdiyi zaman hər gün yanımda olmağı sevən Memarlıq Ustası! Doğum günün mübarək"-deyə Kanye yazıb.

 

Kanye ötən günlərdə həyat yoldaşının üç çılpaq fotosunu da paylaşıb. Dostları bunun sadəcə yeni alboma diqqət çəkmək üçün olduğunu iddia edir.

Yaxınları isə Kanyenin qalmaqallı geyimləri və fotoşəkilləri ilə Biankanı "alçaltmasından" narahatlığını ifadə etməyə davam edirlər.


Xatırladaq ki, Kanye Uest və həyat yoldaşının qalmaqallı davranışları ötən ilin əsas qalmaqalları siyahısına daxil edilib.


Reper özü indi çətin günlər yaşayır və hətta evini satmaq məcburiyyətində qalıb. Bundan əvvəl Kanye Uestin adı “Backstreet Boys” qrupu ilə qalmaqala da qarışmışdı. Qalmaqal Kanyenin yeni albomunun premyerası zamanı 1997-ci ildə hit olan "Everybody" mahnısından istifadə etməsi ilə başlayıb.

 

Aynil


 


OXŞAR XƏBƏRLƏR