Armen Aşotyan həbsdə qalacaq - Məhkəmə qərar verdi...

Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan həbsdə qalacaq.
Sfera.az erməni mətbuatına istinadən xəbər verir ki, ona qarşı profilaktika tədbirinin müddəti üç ay uzadılıb. Bu barədə həbs qətimkan tədbirinin dəyişdirilməsi məsələsinin müzakirə olunduğu məhkəmə iclasında Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin hakimi Vahe Dolmazyan qərar verib.
Kolumbiyanın eks-prezidenti, Mərkəzçi Demokratik İnternasionalın sədri Andres Pastrana, Gürcüstanın keçmiş xarici işlər naziri Georgiy Tsereteli, Ermənistan parlamentinin keçmiş sədri Xosrov Arutyunyan və bir sıra erməni deputatlar və siyasətçilər bundan əvvəl siyasətçinin azadlığa buraxılmasına zəmanət vermişdilər.
Xatırladaq ki, Aşotyan 2023-cü il iyunun 16-da iki ay müddətinə həbs edilib. Siyasətçi və İrəvan Dövlət Tibb Universitetinin keçmiş rektoru Mikael Nərimanyan universitetin təxminən 100 min dollar məbləğində əmlakını mənimsəməkdə ittiham olunur. İş materiallarına görə, onlar Tsovasar otel kompleksinin kotteclərini universitetin vəsaiti ilə şişirdilmiş məbləğlər müqabilində alıblar. Sabiq nazir və müdafiə tərəfi cinayət təqibini siyasi motivli hesab edir və bunu müxalifət fəaliyyəti ilə izah edir.
Əzizə