Netanyahu daxildə xain axtarır - İsraildə nazirlər yalan detektorundan keçəcək

İsrailin Baş naziri Benyamin Netanyahu, kabinet iclaslarında müzakirə edilən və yaşanan hadisələrin mətbuata sızmasından narahat olduğunu dilə gətirib.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, milli təhlükəsizlik məsələlərinin müzakirə olunduğu görüşlərlə bağlı çoxlu detalların mətbuatla paylaşıldığını deyən Netanyahu, iclaslara qatılan kabinet üzvləri və yüksək səviyyəli rəsmilərin yalan detektorundan keçməsini tələb edən qanun qəbul etmək istədiyini açıqlayıb.
"Biz xəbərlərin sızmasını görürük və mən bu yolu davam etdirmək istəmirəm. Buna görə də mən siyasətçilər və yüksək vəzifəli məmurlar da daxil olmaqla, kabinet və təhlükəsizlik iclaslarında olan hər kəsin yalan detektorundan keçməsini istəyirəm”, - Netanyahu bildirib.
Netanyahunun bu addımı, Baş Qərargah rəisi Herzi Halevi də daxil olmaqla, bir çox nazir və ordunun yüksək səviyyəli menecerləri arasında yanvarın 4-də müharibədən sonrakı Qəzza zolağının müzakirə edildiyi Təhlükəsizlik Kabinetinin iclasında aparılan danışıqların mətbuatda əks olunmasından sonra baş verib.
Əzizə