7,6 bal gücündə DƏHŞƏTLİ ZƏLZƏLƏ: Daha bir ölkə silkələndi

7,6 bal gücündə DƏHŞƏTLİ ZƏLZƏLƏ: Daha bir ölkə silkələndi

Yaponiyanın İşikava prefekturasının Noto yarımadası regionunda yanvarın 1-də baş vermiş zəlzələ qurbanlarının sayı 161 nəfərə çatıb.


Sfera.az xəbər verir ki, məlumatı "RİA Novosti" yapon mətbuatına istinadən yayıb. Məlumatda daha 103 nəfərin itkin düşdüyü də qeyd olunub.


Dünən məlum olub ki, yolların və körpülərin uçması səbəbindən 2300-dən çox insanın rabitə əlaqəsi kəsilib.

 

Xatırladaq ki, yanvarın 1-də Yapnoyada zəlzələnin ən güclü maqnitudası 7,6 olub.
 

Yeraltı təkanlar nəticəsində binalar dağılıb, sürətli qatarların hərəkəti dayandırılıb, 32 mindən çox evdə elektrik enerjisi kəsilib.


Əzizə
 


OXŞAR XƏBƏRLƏR