"Bu, Aİ-nin ABŞ-dən ayrılmasına və NATO-nun süqutuna səbəb olacaq" - AÇIQLAMA

NATO Ukraynanın tələbi ilə təcili iclas keçirəcək. İclasda əsas müzakirə mövzularından biri Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi olacaq.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, sözügedən təcili iclasa səbəb cəbhədə vəziyyətin gərginləşməsi olub:

 

“İki gündən sonra NATO-nun Ukrayna üzrə konfransı keçiriləcək. Alyans Ukraynaya lazımi hərbi dəstəyi verməsə, Rusiyanın Ukraynada yeni ərazilər işğal etməsi mümkün görünür. NATO Baş katibi Kiyevə bütün lazımi silahların verilməsini dəstəkləyir və bunun üçün üzv ölkələrlə intensiv danışıqlar aparır. Buna baxmayaraq, onun səyləri müsbət nəticələnmir. Xüsusilə, Vaşinqtonun mövqeyi burada xüsusi rol oynayır. Hazırda ABŞ diqqətini Yaxın Şərqə yönəldib. Bu region onun üçün daha həyati əhəmiyyət kəsb edir”.

 

Ekspert bildirib ki, ABŞ həm də Rusiyanın Ukraynada qalib gəlməsinə dözümlü yanaşmayacaq:

 

“Ukraynanın savaşda Rusiyaya məğlub olması Avropa İttifaqının ABŞ-dən ayrılmasına və yeni ordu yaratmasına, o cümlədən NATO-nun süqutuna gətirib çıxara bilər. Fikrimcə, alyansın toplantısından sonra F-16 qırıcıları və digər raketlərin Ukraynaya tədarükü reallaşa bilər. Danışıqlara gəldikdə isə, savaşın diplomatik həll variantı yoxdur. Rusiya rəhbərliyi bunda maraqlı deyil.  Putin növbəti prezidentlik dönəmində Ukraynanı işğal edib yeni ittifaq dövləti yaratmağı planlaşdırır. Amma hesab edirəm ki, il ərzində Ukraynaya yeni silahlar veriləcək və Rusiyaya qarşı hücumların ciddi müsbət nəticələri olacaq”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Məşhur ssenarist vəfat etdi – Nazir AÇIQLADI + FOTO

Türk filmlərinin önəmli adlarından olan 67 yaşlı Tomris Giritlioğlu dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, bu barədə Mədəniyyət və Turizm nazi...

Məktəblərimizdə jest dilləri tədris oluna bilərmi? - AÇIQLAMA

Bu gün Beynəlxalq Jest Dilləri Günüdür. Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 2017-ci ilin dekabrında təsis etdiyi bu tarix görmə, eşitmə və danışma...

Bu nəqliyyatda gedişhaqqı ARTDI - MƏBLƏĞ

Sabahdan "Azərbaycan Dəmir Yolları" QSC (ADY) loyallıq proqramının tətbiqinə başlayır.   Sfera.az report-a istinadən xəbər verir ki, bunu j...

Bu ərazilərlə bağlı sarı xəbərdarlıq edildi - DİQQƏT!

Sentyabrın 24-ü gündüzdən 25-i axşamadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq ver...

Bu ölkədə YENİ TREND - Boşananda da fotosessiya etdirirlər

 Çində cütlüklər həm evlənəndə, həm də boşananda foto çəkdirirlər.   Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, ölkədə boşanma mərasi...

"WhatsApp" işlədənlərin NƏZƏRİNƏ - Oktyabrın 1-dən...

"WhatsApp " oktyabrın 1-dən bəzi köhnə telefon modellərini dəstəkləməyəcək.   Sfera.az bu barədə Türkiyə mediasına istinadən...