"Mən bilmirəm, onun hansısa titulu var idi, ya yox, amma..." - Razi Nurullayevdən Aygün Bəylərlə bağlı AÇIQLAMA + VİDEO

"Aygün Bəylərin ifasına çox bağlı idim. Onun bütün mahnılarını çox sevirdim".

 

Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar artist Aygün Hümmətova ilə vida mərasimində iştirak edən deputat Razi Nurullayev deyib:

 

"Yeganə müğənni idi ki, Aygün Bəyləri ekranda görən zaman kanalı dəyişmirdim. Çalışırdım ki, sona qədər dinləyim. Hər zaman onun danışığında, müsahibələrində bir nisgil hiss edirdim. Doğrudan da, qəmli idi, narazılığı vardı. Hiss edirdim ki, ölkədən, dostlarından umacaqları var, amma onlara çata bilmirdi. Xalqın məhəbbətini qazanmış sənətkar idi. Bu gün burada bu qədər insanın olması xalqın ona olan sevgisinin göstəricisidir. Açığı, mən bilmirəm, onun hər hansı titulu vardı, ya yox, ancaq o, Azərbaycan xalqı üçün bir Xalq artisti idi. Mən istərdim ki, bütün dəyərli insanlara ölməmişdən öncə dəyər verək. Allah onun övladını saxlasın. Allah rəhmət eləsin".

 

Firuzə Əliyeva

 

 


OXŞAR XƏBƏRLƏR

Ən az problem çıxaran avtomobil modeli - FOTO

İngiltərədə uzun illər avtomobil təmiri ilə məşğul olan usta Paul Lukas ikinci əl avtomobil bazarında ən az problem çıxaran modelin adını açıqlayıb.  ...

ABŞ İranla danışıqlara açıqdır - Ağ Ev

ABŞ prezident administrasiyasının nümayəndəsi Korolayn Livit deyib ki, Prezident Donald Tramp İranla bağlı fikirlərini açıq şəkildə bildirib. Livit qeyd edib ki...

Prezident Şuşa Forumundakı çıxışını paylaşdığına görə Donald Trampa təşəkkür edib

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa öz sosial şəbəkəsində onun Şuşa Qlobal Media Forumundakı çıxışını paylaşdığına görə təşəkkür edi...

Bu il azad edilmiş ərazilərin bərpasına xərclənən vəsait AÇIQLANDI

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə 2025-ci ilin ilk altı ayında sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təq...

Suriya böhranı Almaniyaya sıçradı: Düsseldorfda qarşıdurma - VİDEO

Yaxın Şərqdəki qarşıdurmalar Avropaya keçib. Almaniyanın Düsseldorf şəhərində Dürzi icmasının tərəfdarları ilə Suriya rejimini dəstəkləyən qruplar arasında toqq...

İnfeksiyalar insan ölümünü 60 faiz artıracaq – Tədqiqat

Böyük Britaniya hökumətinin maliyyələşdirdiyi yeni tədqiqat göstərir ki, antibiotiklərin təsirinə qarşı dözümlü olan bəzi zərərli mikrooqrqanizmlər gələcək...