Şarl Mişel dövrü SONA ÇATIR: Onun gedişi Cənubi Qafqazda nəyi dəyişəcək? - AÇIQLAMA

Şarl Mişel dövrü SONA ÇATIR: Onun gedişi Cənubi Qafqazda nəyi dəyişəcək? - AÇIQLAMA

Bir müddətdir, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin istefası dünya mediasının müzakirə obyektinə çevrilib. Son məlumata görə, o, Avropa Parlamentinə seçkilərə qədər tutduğu vəzifədən istefa verməyəcək və öz funksiyalarını seçkilərə hazırlıqla birləşdirəcək. Digər tərəfdən, Mişelin mümkün istefa qərarından sonra Avropa Şurasına sədrliyin müvəqqəti olaraq Macarıstanın Baş naziri Viktor Orbana keçə biləcəyi vurğulanır. Bildirilir ki, bu ölkə 2024-cü ilin iyulundan dekabr ayına kimi Avropa Şurasına sədrlik edəcək.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Zaur Məmmədov deyib ki, artıq Şarl Mişel dövrü başa çatır:

 

“Şarl Mişel Avropa İttifaqı lideri kimi ilk dəfə bu qurumun Azərbaycan-Ermənistan arasındakı sülh danışıqlarında yaxından iştirak etməsinə nail olub. Ən önəmlisi isə Brüssel görüşlərində Mişel “Dağlıq Qarabağ”, “müstəqillik”, “ayrılma” və.s kimi saxta erməni ifadələrindən istifadə etməyib və keçirilən bütün görüşlərdə Azərbaycanın mövqeyi Prezident İlham Əliyevin prinsipial davranışları nəticəsində möhkəmlənib. Sonradan Fransa Prezidenti Emmanuel Makronun proseslərə müdaxiləsi və onun Brüsselə, şəxsən Mişelə təzyiqi Avropa İttifaqının sülh danışıqlarından bir qədər uzaqlaşması ilə nəticələnib. Lakin indi Avropa İttifaqını və Avroparlamenti gözləyən seçkilər Cənubi Qafqazla bağlı bu institutlarda yaxın 1 ildə donmuş dövrə səbəb olacaq. Makronun istəklərinə baxmayaraq, diqqətlər daha çox daxili məsələlərə yönələcək”.

 

Ekspert bildirib ki, Mişeldən sonra Aİ prezidentliyinə namizədin seçilməsi istiqamətində Qərb mətbuatı artıq həyəcan siqnalı çalır:

 

“Mişel vəzifəsini vaxtından əvvəl tərk edərək Avropa Parlamentinə seçkilərdə iştirak edir.  Əgər o seçilərsə, iyulun ortalarında Avropa Parlamentində öz yerini tutacaq. Bundan sonra Aİ liderləri vakant postu doldurmaq üçün varis haqqında tez razılığa gəlməlidirlər.  Buna nail ola bilməsələr, Macarıstanın Baş naziri Viktor Orban Avropa Şurasının işinə rəhbərlik edəcək.  Fikrimcə, ABŞ, Fransa və Almaniya sükanın macar nümayəndəyə verilməməsi üçün əllərindən gələni edəcəklər”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Məşhur ssenarist vəfat etdi – Nazir AÇIQLADI + FOTO

Türk filmlərinin önəmli adlarından olan 67 yaşlı Tomris Giritlioğlu dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, bu barədə Mədəniyyət və Turizm nazi...

Məktəblərimizdə jest dilləri tədris oluna bilərmi? - AÇIQLAMA

Bu gün Beynəlxalq Jest Dilləri Günüdür. Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 2017-ci ilin dekabrında təsis etdiyi bu tarix görmə, eşitmə və danışma...

Bu nəqliyyatda gedişhaqqı ARTDI - MƏBLƏĞ

Sabahdan "Azərbaycan Dəmir Yolları" QSC (ADY) loyallıq proqramının tətbiqinə başlayır.   Sfera.az report-a istinadən xəbər verir ki, bunu j...

Bu ərazilərlə bağlı sarı xəbərdarlıq edildi - DİQQƏT!

Sentyabrın 24-ü gündüzdən 25-i axşamadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq ver...

Bu ölkədə YENİ TREND - Boşananda da fotosessiya etdirirlər

 Çində cütlüklər həm evlənəndə, həm də boşananda foto çəkdirirlər.   Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, ölkədə boşanma mərasi...

"WhatsApp" işlədənlərin NƏZƏRİNƏ - Oktyabrın 1-dən...

"WhatsApp " oktyabrın 1-dən bəzi köhnə telefon modellərini dəstəkləməyəcək.   Sfera.az bu barədə Türkiyə mediasına istinadən...