Seçkiöncəsi CHP ilə İYİ partiya arasında GƏRGİNLİK: "PKK-lılarla əl sıxanların əlini buraxdıq"

Seçkiöncəsi CHP ilə İYİ partiya arasında GƏRGİNLİK:

İYİ partiya seçkilərə ittifaqa girmədən qoşulacaq. 

 

Sfera.az xəbər verir ki, Türkiyədə seçkilər yaxınlaşdıqca bütün gözlər ittifaqa girmədən seçkilərə qatılmaq qərarını verən "İYİ" partiyasına çevrilib.

 

Yanvarın 13-14-də Antalyada yerli seçki gündəliyi ilə məsləhətləşmə düşərgəsi təşkil olunacaq.

 

İstanbul və Ankara namizədlərinin yanvar ayının sonuna kimi açıqlanması gözlənilir. Bundan başqa, partiyanın ali rəhbərliyi tərəfindən müəyyən edilən 20 rayon koordinatoru da işlərinə başlayacaq.

 

"İYİ" partiyası bu günədək 4 böyük şəhər bələdiyyəsinin namizədlərini ictimaiyyətə təqdim edib.  Partiyanın sədri Meral Akşener Bursa namizədinin Səlcuq Türkoğlu olduğunu açıqlayıb.

 

O, ad çəkmədən keçmiş ittifaq ortağı CHP-yə ismarış göndərib:  "Tərəflərdən biri "PKK-lılarla əl sıxanların əlini sıxırsan" deyirdi, biz bütün əlləri buraxdıq. Seçkilərə tək giririk".

 

Bundan əlavə, "İYİ" partiyasının millət vəkilləri, prezident məclisi və ümumi idarə heyəti üzvləri seçki bölgələrinə getməyə başlayacaqlar. Heyət üzvləri səfərlər zamanı əməkdaşlıq etmədən seçkilərə girmək qərarı verdiklərinin səbəblərini açıqlayacaqlar.


CHP ilə yolları ayırma səbəbləri də açıqlanacaq. Səfərlər zamanı biznes adamları və qeyri-hökumət təşkilatları ilə də görüşlər keçiriləcək.


Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

3 yaşlı uşaq xəstəxanada VƏFAT ETDİ

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, rayon sakini, 3 yaşlı U.Hacızadə əməliyyat üçün tibb ...

Sabah çimərliklərdə hava necə olacaq?

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, iyulun 23-də mü...

Ən az problem çıxaran avtomobil modeli - FOTO

İngiltərədə uzun illər avtomobil təmiri ilə məşğul olan usta Paul Lukas ikinci əl avtomobil bazarında ən az problem çıxaran modelin adını açıqlayıb.  ...

ABŞ İranla danışıqlara açıqdır - Ağ Ev

ABŞ prezident administrasiyasının nümayəndəsi Korolayn Livit deyib ki, Prezident Donald Tramp İranla bağlı fikirlərini açıq şəkildə bildirib. Livit qeyd edib ki...

Prezident Şuşa Forumundakı çıxışını paylaşdığına görə Donald Trampa təşəkkür edib

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa öz sosial şəbəkəsində onun Şuşa Qlobal Media Forumundakı çıxışını paylaşdığına görə təşəkkür edi...

Bu il azad edilmiş ərazilərin bərpasına xərclənən vəsait AÇIQLANDI

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə 2025-ci ilin ilk altı ayında sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təq...