Fondun neft və qazdan gəlirləri xeyli azalıb – RƏQƏMLƏR

Fondun neft və qazdan gəlirləri xeyli azalıb – RƏQƏMLƏR

2024-cü ildə Azərbaycan Dövlət Neft Fonudunun neft və qaz satışından daxil olan gəlirləri əvvəlki illə müqayisədə xeyli azalıb. 


Sfera.az Fondun açıqladığı məlumatlara istinadən xəbər verir ki, “Azəri-Çıraq-Günəşli” neft yatağından və “Şahdəniz” qaz-kondensat yatağından ümumilikdə 2022-ci ildə 11,332 milyard dollar (19,264 milyard manat) gəlir əldə edildiyi halda, 2023-cü ildə gəlirlərin məbləği 8,207 milyard dollara (13,952 milyard manat) geriləyib.


Müqayisə göstərir ki, ötən il gəlirlərdə 3,125 milyard dollar (5,312 milyard manat) və ya 27,6 faiz azalma baş verib. 


Azalma daha çox neft gəlirlərində müşahidə olunub. Neft gəlirləri 10,217 milyard dollardan 7,22 milyard dollara düşüb. “Qara qızıl”dan əldə edilən gəlirlər təxminən 3 milyard dollar azalıb. 


Qaz gəlirlərində isə 1,114 milyard dollardan 984 milyon dollara qədər azalma olub. 


Fondun gəlirlərində azalmanın baş verməsinə baxmayaraq, qurum aktivlərini xeyli artıra bilib. Çünki Fondun xərcləri nəzərdə tutulandan xeyli az olub. Buna görə də Fond ötən ili gəlirlərinin azalmasına baxmayaraq, yüksək yığımla başa vurub. 


Neft Fondunun 2023-cü ildə aktivlərinin vəziyyətinə dair məlumat yaxın günlərdə açıqlanacaq. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR

Məşhur ssenarist vəfat etdi – Nazir AÇIQLADI + FOTO

Türk filmlərinin önəmli adlarından olan 67 yaşlı Tomris Giritlioğlu dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, bu barədə Mədəniyyət və Turizm nazi...

Məktəblərimizdə jest dilləri tədris oluna bilərmi? - AÇIQLAMA

Bu gün Beynəlxalq Jest Dilləri Günüdür. Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 2017-ci ilin dekabrında təsis etdiyi bu tarix görmə, eşitmə və danışma...

Bu nəqliyyatda gedişhaqqı ARTDI - MƏBLƏĞ

Sabahdan "Azərbaycan Dəmir Yolları" QSC (ADY) loyallıq proqramının tətbiqinə başlayır.   Sfera.az report-a istinadən xəbər verir ki, bunu j...

Bu ərazilərlə bağlı sarı xəbərdarlıq edildi - DİQQƏT!

Sentyabrın 24-ü gündüzdən 25-i axşamadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq ver...

Bu ölkədə YENİ TREND - Boşananda da fotosessiya etdirirlər

 Çində cütlüklər həm evlənəndə, həm də boşananda foto çəkdirirlər.   Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, ölkədə boşanma mərasi...

"WhatsApp" işlədənlərin NƏZƏRİNƏ - Oktyabrın 1-dən...

"WhatsApp " oktyabrın 1-dən bəzi köhnə telefon modellərini dəstəkləməyəcək.   Sfera.az bu barədə Türkiyə mediasına istinadən...