"Aygünlə çox böyük planlarımız var idi" - Cavanşir Quliyev kövrəldi + FOTO

Cəmiyyət
11:38 / 08.01.2024
11993
"Aygünlə bağlı hər şey xatirədir".
Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar artist Aygün Hümmətova ilə vida mərasimində iştirak edən əməkdar incəsənət xadimi Cavanşir Quliyev bildirib.
"Çox orijinal qız idi, heç kimə bənzəmirdi. Onun sənəti də daxili azadlığından gəlirdi. Bizim çox böyük planlarımız var idi. Bu xəstəlik elədir ki, heç nə etmək olmur. Allah rəhmət eləsin. Allah hamımıza səbr versin".
Firuzə Əliyeva