"Erməni nəşrləri “atəşkəsin pozulması” dezinformasiyasını onların istəyi ilə yayırlar" - AÇIQLAMA

Azərbaycan Silahlı Qüvvələrinin dekabrın 31-dən yanvarın 1-dək Ermənistan silahlı qüvvələrinin, guya, Zod kəndi istiqamətindəki mövqelərinə atəş açması barədə erməni mətbuatında yayılan məlumatların həqiqətə uyğun olmadığını elə Ermənistan Müdafiə Nazirliyi də təsdiq edib. Hazırda iki ölkə arasındakı sərhəddə sakitlik hökm sürür.


Bəs, erməni nəşrləri nəyə görə “atəşkəsin pozulması” haqqında dezinformasiya yaymağa başlayıblar?


Mövzu ilə bağlı Sfera.az-a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan Azərbaycan tərəfinin bundan əvvəl diversiya cəhdi törətməyə çalışması barədə “məlumatı” da yalan adlandırıb.


 “Hər iki dezinformasiyanı ilk yayan həmişəki kimi erməni nəşri “Hraparak” olub. Məsələ bundadır ki, mövcud sakitlik Ermənistandakı Qarabağ klanının və onların simasında radikal müxalifətin maraqlarına cavab vermir, gərginliklə bağlı dezinformasiyaları özlərinə yaxın nəşrlərə ötürməklə iki ölkə arasında sülh sazişinin imzalanması perspektivinə mane olmaq istəyirlər. Qarabağ klanı “dezinformasiyalardan” faydalana bilmədikdə, ordudakı bir qrup tərəfdarı vasitəsilə də təxribata əl ata bilər. Misal üçün mövqelərimizə atəş açaraq cavab atəşini Azərbaycan ordusunun həmləsi kimi qələmə verməyə çalışa bilərlər”. 


Politoloq bildirib ki, Baş Nazir Nikol Paşinyan Ermənistandakı təxribatçılar barədə ölçü götürmək məcburiyyətindədir.


Ülkər Abdurahmanlı



 


OXŞAR XƏBƏRLƏR

Gəncədə qadını keçmiş əri bıçaqladı

22.07.2025-ci il tarixində saat 02:30 radələrində 1984-cü il təvəllüdlü şəxs (qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan akademik Z.Məmməd...

3 yaşlı uşaq xəstəxanada VƏFAT ETDİ

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, rayon sakini, 3 yaşlı U.Hacızadə əməliyyat üçün tibb ...

Sabah çimərliklərdə hava necə olacaq?

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, iyulun 23-də mü...

Ən az problem çıxaran avtomobil modeli - FOTO

İngiltərədə uzun illər avtomobil təmiri ilə məşğul olan usta Paul Lukas ikinci əl avtomobil bazarında ən az problem çıxaran modelin adını açıqlayıb.  ...

ABŞ İranla danışıqlara açıqdır - Ağ Ev

ABŞ prezident administrasiyasının nümayəndəsi Korolayn Livit deyib ki, Prezident Donald Tramp İranla bağlı fikirlərini açıq şəkildə bildirib. Livit qeyd edib ki...

Prezident Şuşa Forumundakı çıxışını paylaşdığına görə Donald Trampa təşəkkür edib

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa öz sosial şəbəkəsində onun Şuşa Qlobal Media Forumundakı çıxışını paylaşdığına görə təşəkkür edi...