“Bakı-Sumqayıt” yolu problemi həll edilir, tramvay yolları çəkilir..." - Paytaxtın yeni Baş planındakı çatışmazlıqlar nələrdir? 

“Bakı-Sumqayıt” yolu problemi həll edilir, tramvay yolları çəkilir...

Ötən gün Bakı şəhərinin izahlı Baş planı təqdim olunub. Planda paytaxtımızda 2040-cı ilədək görüləcək işlər öz əksini tapıb. Burada qeyd olunan bəzi məsələlər artıq vətəndaşlar arasında müzakirə obyektinə çevrilib. Məsələn, layihəyə əsasən, sözügedən ilə qədər “28 May” metrostansiyasının yenidən qurulması, “Bakı-Sumqayıt” yolu probleminin həll edilməsi, 25 yeni metrostansiyanın tikilməsi,  velosiped, tramvay yollarının çəkilməsi  və.s. ilə bağlı məsələlər nəzərdə tutulur.

 

Sfera.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən əmlak eksperti Ramil Osmanlı deyib ki, layihədə qeyd olunan məsələlər reallaşarsa, 2040-cı ildə Bakı tamamilə fərqli şəhər olacaq:

 

“Baş Planda infrastrukturla bağlı geniş proqramların nəzərdə tutulması, ictimai nəqliyyatın inkişafı, avtomobilləşmənin təşviqi, alternativ enerjiyə diqqətin artırılması, yaşıl və sağlam ətraf mühitin inkişaf etdirilməsi təqdirəlayiqdir. Amma ekosistemin əsas sahələrindən biri olan tikinti sektoru, xüsusilə mənzil tikintisi, deyəsən, prioritetlərdən uzaqlaşıb, ya da başqa şəhərlərə doğru uzanıb. Plana əsasən, 2020-ci ildə adambaşına düşən mənzil sahəsi 20,8 kvadrat metr olub, 2027-ci ildə 23,6 kvadratmetr olacaq, 2040-cı ildə isə 24,8 - cəmi 1,2 kvadrat metr artacaq.

 

Ekspertin sözlərinə görə, layihənin ən maraqlı tərəfi ilkin mərhələsi üçün nəzərdə tutulan “Ulduz” metrostansiyası ətrafındakı 100 hektarlıq sənaye ərazisinin yenidən qurulması və Heydər Əliyev Beynəlxalq Hava Limanı yaxınlığında yeni xidmət sahələrinin inkişafı ilə bağlı prioritetlərdir:

 

“Xüsusilə, “Ulduz” tərəfdəki sənaye istiqamətinin içərisində ölkənin inşaat materialları idxalının azaldılması sənəddə xüsusi olaraq qabardılır. Amma bunun təqribən 3-4 kilometr ərazidə yaradılacaq 60 hektarlıq Böyükşor ekoloji parkına uyğun olub-olmaması yaddan çıxarılır…Qeyd etdiyim məsələlər hələ ki, ilkin qənaətdir. Sənədi analiz etmək lazımdır”.

 

R.Osmanlı həmçinin vurğulayıb ki, layihədə ən diqqət çəkən məqamlardan biri də DÖƏ-nin (dövlət-özəl əməkdaşlığı) qurulması məqsədi ilə Köməkçi Korporasiyaların yaradılması məsələsidir:

 

“Açığı, bu layihəni əvvəlki kimi Asiya ölkələrindən birində fəaliyyət göstərən bir şirkət hazırlamış olsaydı, bu məsələnin üzərindən sakit keçmək olardı. Amma Almaniyada fəaliyyət göstərən bir şirkətin hər fürsətdə əlini dövlətə tərəf, büdcə vəsaitlərinə uzatması maraqlı görünür”.

 

Günay

 


OXŞAR XƏBƏRLƏR

3 yaşlı uşaq xəstəxanada VƏFAT ETDİ

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, rayon sakini, 3 yaşlı U.Hacızadə əməliyyat üçün tibb ...

Sabah çimərliklərdə hava necə olacaq?

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, iyulun 23-də mü...

Ən az problem çıxaran avtomobil modeli - FOTO

İngiltərədə uzun illər avtomobil təmiri ilə məşğul olan usta Paul Lukas ikinci əl avtomobil bazarında ən az problem çıxaran modelin adını açıqlayıb.  ...

ABŞ İranla danışıqlara açıqdır - Ağ Ev

ABŞ prezident administrasiyasının nümayəndəsi Korolayn Livit deyib ki, Prezident Donald Tramp İranla bağlı fikirlərini açıq şəkildə bildirib. Livit qeyd edib ki...

Prezident Şuşa Forumundakı çıxışını paylaşdığına görə Donald Trampa təşəkkür edib

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa öz sosial şəbəkəsində onun Şuşa Qlobal Media Forumundakı çıxışını paylaşdığına görə təşəkkür edi...

Bu il azad edilmiş ərazilərin bərpasına xərclənən vəsait AÇIQLANDI

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə 2025-ci ilin ilk altı ayında sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təq...