Bu illərdə doğulanlar üçün pul və sevgi qapısı açılacaq - 2024 nə vəd edir?

Bu illərdə doğulanlar üçün pul və sevgi qapısı açılacaq - 2024 nə vəd edir?

10 Fevral şənbə günü Dovşan ilindən Əjdaha ilinə keçid edəcəyik. Sakit və dinc bir ildən aktiv, dinamik, müsbət, ictimai həyat və xarici dünyanın ön planda olduğu bir ilə girəcəyik.

 

Çin astrologiyasında beşinci yeri tutan Əjdaha, imperatorun əlamətidir. Bu səbəbdən səlahiyyət və gücü təmsil edir.

 

Bu il ağac elementi ilə əlaqələndirilir. Böyüməni və yaradıcılığı simvollaşdıran bu element, şəxsin bədii və fərdi inkişafına kömək edir. 

 

Maraqlıdır, əjdaha ilində, eləcədə digər illərdə doğulanları 2024- nələr gözləyir? 

 

Öküz ili (1937-1949-1961-1973-1985-1997-2009-2021) - Bu il bir sıra sıxıntılarla rastlaşacaqsınız. Lakin gələcəyə pozitiv baxmaqla və sıx çalışmaqla uğur qazana biləcəksiniz.

 

Keçi ili (1943-1955-1967-1979-1991-2003-2015) - Bu il mədəni bacarıqlar baxımdan fərqli olacaq. 2024-də bir sıra gizli bacarıqlarınız üzə çıxacaq.

 

Siçan ili (1936-1948-1960-1972-1984-1996-2008-2020) - Gündəlik həyatınızda daha sakit yanaşma sərgiləyin. Dostluqda və sevgi münasibətində oyunlar oynamaqdan çəkinin.

 

İlan ili (1941-1953-1965-1977-1989-2001-2013) - Sizi əla bir il gözləyir. Pul məsələsində heç bir sıxıntı çəkməyəcəksiniz və yeni dostlar qazanacaqsınız.

 

Əjdaha ili (1940-1952-1964-1976-1988-2000-2012-2024) - Bu il sizin üçün fürsətlərlə dolu olacaq. Bütün sferalarda dəyişikliyə hazır olun. Diləklərinizin çoxu reallaşacaq.

 

Pələng ili (1938-1950-1962-1974-1986-1998-2010-2022) - Düzgün yolda irəliləyirsiniz. Cibinizə çoxlu pul gələcək və dostlarınızın dəstəyini hiss edəcəksiniz. 

 

Dovşan ili (1939-1951-1963-1975-1987-1999-2011-2023) - Sevgi münasibətində və ailədə şans sizdən yana olacaq. Boş əyləncələr yerinə ailə ilə zaman keçirməyi seçəcəksiniz. 

 

At ili (1942-1954-1966-1978-1990-2002-2014) - İş həyatınızda çox sürətlə irəliləyirsiniz və sosial həyatda da aktivsiniz. Dincəlməyi unutmayın.

 

Meymun ili (1944-1956-1968-1980 1992- 2004-2016) - Həm duyğusal, həm də maliyyə baxımından sakit bir il sizi gözləyir. Çalışın, incəsənət aləmi ilə maraqlanıb, bu sahədə özünüzü kəşf edəsiniz.

 

Xoruz ili (1945-1957-1969-1981-1993-2005-2017) - Davamlı olaraq sıxıntı içərisindəsiniz və enerjinizi tamamilə itirmək riski ilə üz-üzəsiniz. Ümid vəd edən gələcək xəyal edin və bu istəkdən dönməyin.

 

İt ili (1946-1958-1970-1982-1994-2006-2018) - Hazırda davam edən layihələrinizi tamamlayın və gələcək üçün plan qurarkən ürəyinizin səsini dinləyin. Gənc evlilər üçün bu il köç işləri aktual olacaq.

 

Donuz ili (1947-1959-1971-1983-1995-2007-2019) - Bu il sizi həyəcanlı günlər gözləyir. Sevginin və pulun çox olduğu bir ilə hazır olun. Xüsusilə sənət adamları üçün 2024 uğurlu olacaq.

 

İnci


OXŞAR XƏBƏRLƏR

3 yaşlı uşaq xəstəxanada VƏFAT ETDİ

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, rayon sakini, 3 yaşlı U.Hacızadə əməliyyat üçün tibb ...

Sabah çimərliklərdə hava necə olacaq?

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, iyulun 23-də mü...

Ən az problem çıxaran avtomobil modeli - FOTO

İngiltərədə uzun illər avtomobil təmiri ilə məşğul olan usta Paul Lukas ikinci əl avtomobil bazarında ən az problem çıxaran modelin adını açıqlayıb.  ...

ABŞ İranla danışıqlara açıqdır - Ağ Ev

ABŞ prezident administrasiyasının nümayəndəsi Korolayn Livit deyib ki, Prezident Donald Tramp İranla bağlı fikirlərini açıq şəkildə bildirib. Livit qeyd edib ki...

Prezident Şuşa Forumundakı çıxışını paylaşdığına görə Donald Trampa təşəkkür edib

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa öz sosial şəbəkəsində onun Şuşa Qlobal Media Forumundakı çıxışını paylaşdığına görə təşəkkür edi...

Bu il azad edilmiş ərazilərin bərpasına xərclənən vəsait AÇIQLANDI

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə 2025-ci ilin ilk altı ayında sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təq...