"Bəlkə də ruhi xəstədirlər, yoxlamaq lazımdır" - Alman deputatlar hədəfdə...

ABŞ-nin Keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin agenti Larri Conson “Dialogue Works” YouTube kanalında çıxış edərək, “Taurus” raketlərinin Rusiyaya qarşı hücumlar üçün Ukraynaya ötürülməsini tələb edən alman deputatları yoxlamağı tövsiyə edib.
 

Sfera.az xəbər verir ki, analitik parlamentarilərin təklifini absurd adlandırıb.
 

“Onların hər hansı bir kəşfiyyata malik olub-olmamasına şübhə etməyə dəyər. Bəlkə ruhi xəstədirlər?"– analitik deyib.


Conson əlavə edib ki, almanlar belə bir qərarın hansı nəticələrə gətirib çıxaracağını, bunun nə qədər baha başa gələcəyini və parlamentarilərin bəyanatlarının reallıqdan nə dərəcədə uzaq olduğunu düşünməlidirlər.


Keçmiş agentin fikrincə, belə insanlar silahlı münaqişənin genişlənməsinə və onun Avropayadək uzanmasına töhfə verirlər.


Xatırladaq ki, bir gün əvvəl Almaniya Bundestaqının bir neçə partiyadan olan deputatları yenidən Almaniya kansleri Olaf Şolzdan Rusiyadakı hədəfləri vurmaq üçün “Taurus” qanadlı raketlərini Ukraynaya ötürməyə çağırıblar. Təşəbbüsü, digər məsələlərlə yanaşı, müdafiə komitəsinin rəhbəri Mari-Aqnes Strak-Zimmermann da dəstəkləyib.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR

Ən az problem çıxaran avtomobil modeli - FOTO

İngiltərədə uzun illər avtomobil təmiri ilə məşğul olan usta Paul Lukas ikinci əl avtomobil bazarında ən az problem çıxaran modelin adını açıqlayıb.  ...

ABŞ İranla danışıqlara açıqdır - Ağ Ev

ABŞ prezident administrasiyasının nümayəndəsi Korolayn Livit deyib ki, Prezident Donald Tramp İranla bağlı fikirlərini açıq şəkildə bildirib. Livit qeyd edib ki...

Prezident Şuşa Forumundakı çıxışını paylaşdığına görə Donald Trampa təşəkkür edib

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa öz sosial şəbəkəsində onun Şuşa Qlobal Media Forumundakı çıxışını paylaşdığına görə təşəkkür edi...

Bu il azad edilmiş ərazilərin bərpasına xərclənən vəsait AÇIQLANDI

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə 2025-ci ilin ilk altı ayında sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təq...

Suriya böhranı Almaniyaya sıçradı: Düsseldorfda qarşıdurma - VİDEO

Yaxın Şərqdəki qarşıdurmalar Avropaya keçib. Almaniyanın Düsseldorf şəhərində Dürzi icmasının tərəfdarları ilə Suriya rejimini dəstəkləyən qruplar arasında toqq...

İnfeksiyalar insan ölümünü 60 faiz artıracaq – Tədqiqat

Böyük Britaniya hökumətinin maliyyələşdirdiyi yeni tədqiqat göstərir ki, antibiotiklərin təsirinə qarşı dözümlü olan bəzi zərərli mikrooqrqanizmlər gələcək...