241 il həbsə məhkum edilən şəxs - FOTO

241 il həbsə məhkum edilən şəxs - FOTO

1995-ci ildə Bobby Bostic (Bobbi Bostiç) adlı şəxs spirtli içki və narkotikdən istifadə edərək dostu ilə birlikdə böyük oğurluğa cəhd edib. Həmin vaxt 16 yaşı olan ikili vaxtaşırı məhkəmə qarşısına çıxıb. Həbsxanada olarkən Bobbi Bostik yazı qabiliyyətini kəşf edib və karyerasını bu bacarığı üzərində qurub. Amma onun dostu o qədər də şanslı olmayıb.

Sfera.az bu maraqlı hadisənin təfərrüatlarını təqdim edir.


Bobbi Bostiç 1995-ci ildə spirtli içki və narkotik qəbul etdikdən sonra dostu ilə birlikdə böyük oğurluğa əl atıb.


Onlar tapança ilə cəhd etdikləri quldurluqda heç kimə zərər vurmasalar da, bankda olan qadının avtomobilini ələ keçiriblər.


Bobbiyə cinayəti etiraf etsə, cəmi 30 il iş ala biləcəyini desələr də, o, bundan imtina edib.


Məhkəmənin növbətçi hakimi iki dostu 17 cinayətə görə ümumilikdə 241 il müddətinə azadlıqdan məhrum edib. İkili günlərini 2022-ci il noyabrın 8-nə kimi kamerada keçirib.


Bobbi təqribən 10.000 gecəni təkadamlıq kamerada keçirib.


Hücrəyə gətirdiyi əşyaları insanlara paylayıb və yalnız yazı makinası qalıb. O, yaşadıqlarını bir-bir qələmə alıb. Həbsxanada olarkən Bostiç dosent dərəcəsi qazanıb və ümumilikdə 15 kitab yazıb.


O, 18 yaşına çatmamış uşağa ömürlük həbs cəzasının verilməsini qanunsuz hesab edib. Lakin onun tələbləri 2019-cu ildə rədd edilib. 2021-ci ildə dostu ilə birlikdə şərti azadlığa çıxmaq üçün müraciət etməyə icazə verilib.


"Bazara gedəndə insan siması görəndə sevinirəm. Həbsxanada təqib və zorakılıqdan başqa heç nə yoxdur".


27 illik əsirlikdən sonra cəmiyyətə uyğunlaşmağın çətin olması isə tamamilə məntiqlidir.


Bobbi həbsxanada olarkən yazmağı özünə hobbi edib, sonradan bunu həyat tərzinə çevirib. Bobbi şərti azadlığa buraxıldıqdan sonra da hələ də bəzi şübhələrinin olduğunu vurğulayır.


Hakim Beyker deyir: “Bunu edəndə Bobbinin 16 yaşı vardı. Təbii ki, səhv idi. İndi o, güclü ailə bağları olan son dərəcə düşüncəli insandır”.


"Həbsxanadan çıxanda yeməyimi sevimli restoranımdan alıb maşına mindim. Amma yeyə bilməyincə atdım. Təbii ki, 27 il maşına minməməyin də verdiyi təsir var”.


Həbsdən çıxanda ilk dəfə bacısının yanına gedən Bobbi deyir ki, onu burada 400-dən çox adam gözləyirdi.


Hələlik ictimai tədbirlərdə iştirak edir, iş tapmağa çalışır. Pulu olmasa da, dünyaya təşəkkürünü bildirir.
 

"Hələ bəzi şeylərin öhdəsindən gəlməyə çalışıram. Soyuducuya baxıram, çölə baxıram və həzz alıram. Vannada suyun altında belə həyatdan həzz alıram. 27 ildir vanna qəbul etmirəm".


Bobbi şərti azadlığa buraxılsa da, dostu o qədər də şanslı olmayıb. Onun ortağı Donald Hutson 2018-ci ilin sentyabrında həbsxanada vəfat edib. O, həddindən artıq narkotik dozasına görə komaya düşüb.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Ən az problem çıxaran avtomobil modeli - FOTO

İngiltərədə uzun illər avtomobil təmiri ilə məşğul olan usta Paul Lukas ikinci əl avtomobil bazarında ən az problem çıxaran modelin adını açıqlayıb.  ...

ABŞ İranla danışıqlara açıqdır - Ağ Ev

ABŞ prezident administrasiyasının nümayəndəsi Korolayn Livit deyib ki, Prezident Donald Tramp İranla bağlı fikirlərini açıq şəkildə bildirib. Livit qeyd edib ki...

Prezident Şuşa Forumundakı çıxışını paylaşdığına görə Donald Trampa təşəkkür edib

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa öz sosial şəbəkəsində onun Şuşa Qlobal Media Forumundakı çıxışını paylaşdığına görə təşəkkür edi...

Bu il azad edilmiş ərazilərin bərpasına xərclənən vəsait AÇIQLANDI

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə 2025-ci ilin ilk altı ayında sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təq...

Suriya böhranı Almaniyaya sıçradı: Düsseldorfda qarşıdurma - VİDEO

Yaxın Şərqdəki qarşıdurmalar Avropaya keçib. Almaniyanın Düsseldorf şəhərində Dürzi icmasının tərəfdarları ilə Suriya rejimini dəstəkləyən qruplar arasında toqq...

İnfeksiyalar insan ölümünü 60 faiz artıracaq – Tədqiqat

Böyük Britaniya hökumətinin maliyyələşdirdiyi yeni tədqiqat göstərir ki, antibiotiklərin təsirinə qarşı dözümlü olan bəzi zərərli mikrooqrqanizmlər gələcək...