Qiymət aşağı düşür - Neftlə bağlı yeni QƏRAR

Qiymət aşağı düşür - Neftlə bağlı yeni QƏRAR

Səudiyyə Ərəbistanının dövlət şirkəti "Saudi Aramco" fevral ayında bütün bölgələrdə əsas yüngül ərəb neftinin qiymətlərini aşağı salacaq.
 

Sfera.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu qərar sözügedən yanacağa tələbatın azalması ilə əlaqədar qəbul edilib.
 

Beləliklə, Asiyaya tədarükün qiymətləri bir barel üçün 1,5-2 dollar azalır. Şimal-qərbi Avropa, Aralıq dənizi və Şimali Amerika üçün də qiymətlər endirilib.
 

Nəşr vurğulayıb ki, fevral və mart aylarında neftə tələbatın azalması hər il neft emalı zavodlarının texniki işlər məqsədi ilə müvəqqəti bağlanması, eləcə də ABŞ-dən yanacaq tədarükünün artması ilə bağlı tədarük profisiti fonunda baş verir.
 

Daha əvvəl bildirilmişdi ki, İran Çindən alıcılar üçün yüksək neft qiymətləri müəyyən edib və bu, iki ölkə arasında ticarətə maneə yaradıb. Çinin Şandun əyalətindən olan neft alıcısının sözlərinə görə, məhdud seçim və İranın sərtliyi qiymət danışıqlarını çətinləşdirib və çinli alıcıların xeyrinə deyil.

Əzizə


OXŞAR XƏBƏRLƏR

Gəncədə qadını keçmiş əri bıçaqladı

22.07.2025-ci il tarixində saat 02:30 radələrində 1984-cü il təvəllüdlü şəxs (qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan akademik Z.Məmməd...

3 yaşlı uşaq xəstəxanada VƏFAT ETDİ

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, rayon sakini, 3 yaşlı U.Hacızadə əməliyyat üçün tibb ...

Sabah çimərliklərdə hava necə olacaq?

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, iyulun 23-də mü...

Ən az problem çıxaran avtomobil modeli - FOTO

İngiltərədə uzun illər avtomobil təmiri ilə məşğul olan usta Paul Lukas ikinci əl avtomobil bazarında ən az problem çıxaran modelin adını açıqlayıb.  ...

ABŞ İranla danışıqlara açıqdır - Ağ Ev

ABŞ prezident administrasiyasının nümayəndəsi Korolayn Livit deyib ki, Prezident Donald Tramp İranla bağlı fikirlərini açıq şəkildə bildirib. Livit qeyd edib ki...

Prezident Şuşa Forumundakı çıxışını paylaşdığına görə Donald Trampa təşəkkür edib

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa öz sosial şəbəkəsində onun Şuşa Qlobal Media Forumundakı çıxışını paylaşdığına görə təşəkkür edi...