Məşhur aktyor iki qızı ilə birlikdə təyyarə qəzasında həlak oldu

Məşhur aktyor iki qızı ilə birlikdə təyyarə qəzasında həlak oldu

“Speed ​​​​Racer, Wrong Turn: The Legacy” və “Müşketyorlar” kimi məşhur filmlərin ulduzu Kristian Oliver, qızları (12 yaşlı Madita və 10 yaşlı Annik) ilə birlikdə Karib dənizində təyyarə qəzasında həlak olub. Təyyarənin pilotu da həlak olanlar arasındadır.


Sfera.az xəbər verir ki, Kristofer Oliver və övladlarının olduğu təyyarə suya çırpılıb və batmağa başlayıb. Xilasedicilər hadisə yerinə gələndə təyyarə artıq batıb. Təyyarədə olan heç kim sağ qalmayıb.


Faciə yanvarın 4-də günorta radələrində Bequia sularında baş verib. Məlumata görə, aktyor, qızları ilə dekabrın 26-da Karib dənizinə gəlib, yanvarın 4-də isə şəxsi təyyarəsi ilə ABŞ-a qayıdırmış.
 

Səlahiyyətlilərin bildirdiyinə görə, qəza baş verən zaman qrup Sent-Lüsiyaya uçurmuş. “J.F. Mitchell” hava limanından havaya qalxdıqdan bir neçə dəqiqə sonra təyyarə hələ səbəbi məlum olmayan problemlə üzləşib.


Pilot Robert Saş havaya qalxdıqdan qısa müddət sonra əlaqə yaradaraq, problem yarandığını və geri döndüyünü bildirib. Bu, təyyarə ilə yaradılan son əlaqə olub.
 

La Pompe sakinləri təyyarə mühərrikindən qəribə səslər eşidib, az sonra təyyarənin dənizə çırpıldığı görülüb.
 

Hadisə şahidi olan bir balıqçı mediaya müsahibəsi zamanı sahil mühafizəsinin faciəyə reaksiyasını tənqid edib.
 

“Biz onlara başa saldıq ki, güclü dalğa var, ona görə də qalıqları orada qoysaq, bir daha təyyarəni tapa bilməyəcəyik. Təyyarə qalıqlarının uzaqlaşacağı ehtimalı yüksək idi”.


O, bildirib ki, dalğanın trayektoriyası təyyarəni açıq dənizə aparma gücünə malik olub. Yeri işarələmək üçün kəndir və alətlərdən istifadə edən balıqçılar cəsədləri özləri çıxarmağa nail olub.
 

Polis də verdiyi açıqlamada, ilkin axtarışa ərazidəki yerli balıqçılar və istirahət edən sakinlərin kömək etdiyini bildirib. Suyun dərinliyinin təxminən 20 metr olduğu ehtimal edilir. Qəza yerinə ən yaxın olan şəhər sakinləri Sahil Mühafizəsinə cəsədləri daşımağa və mühafizə etməyə kömək ediblər.


Qeyd edək ki, Kristian Oliver alman əsilli aktyordur. Əsl adı Klepserdir. Celle şəhərində anadan olub və Frankfurt-am-Mayndə böyüyüb. O, model kimi işləmək üçün ABŞ-a köçüb, daha sonra Nyu-York və Los-Ancelesdə aktyorluq dərsləri alıb. 2002-ci ildən 2004-cü ilə qədər Oliver döyüş filmi “Kobra 11”-də rol alıb.


Karyerası ərzində Oliver “Valkyrie” filmində və “İndiana Cons”un son hissəsində də rol alıb.
 

Aktyorun son işi özünün prodüseri olduğu “Dünyanı əbədi saxla” filmi olub. Filmin son səhnələri dekabrın 20-də lentə alınıb.
 

Ölümündən iki gün əvvəl Oliver tropik çimərlikdən fotosunu yayımlayıb:
 

"Qoy, dünyada sevgi hökm sürsün. Sizə 2024-cü ildə hər şeyin ən yaxşısını arzulayıram".


Oliverin keçmiş həyat yoldaşı Cessika Muroz əvvəllər Los-Ancelesdə Alman mediasında şou-biznes müxbiri kimi çalışıb. Cütlük 2021-ci ilin dekabrında boşanıb.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR