"Ərazimizə Şimali Koreyanın heç bir artilleriya mərmisi düşməyib” - Rəsmi Seul

Siyasət
17:40 / 07.01.2024
14969
Şimali Koreyanın son addımları narahatlığa səbəb olub.
Sfera.az bildirir ki, Cənubi Koreya sözügedən ölkənin cəbhə xəttində yerləşən Yeonpyonq adasının şimalında təlimlər keçirdiyini açıqlayıb. Qeyd olunub ki, cümə günü başlayan və üç gündür davam edən təlimlərdə əsl sursatlardan istifadə olunub.
“Lakin iki ölkə arasındakı Şimal Sərhəd Xəttinin cənub hissəsinə Şimali Koreyanın heç bir artilleriya mərmisi düşməyib”, - deyə yerli məbuatda vurğulanıb. Cənubi Koreya hakimiyyəti həmçinin, Yeonpyonq adasının sakinlərini evlərində qalmağa çağırıb.
Qeyd edək ki, Şimali Koreya dünən keçirdiyi təlimlərdə təxminən 60 artilleriya mərmisi atıb.
Türkan