Milyarderlərin çoxu bu ayda və bu gündə doğulublar - TARİXLƏR + ADLAR

Bəzən var-dövlət ailədən gələn nemət olsa da, bu, çox vaxt böyük zəhmət nəticəsində əldə edilir. Ancaq səylə yanaşı, bəzi xüsusiyyətlər də zənginliyə qapı aça bilər. Yeni araşdırma dünyanın ən zəngin 500 milyarderinin 4 faizinin ortaq cəhətlərinin olduğunu ortaya çıxarıb.
Sfera.az xəbər verir ki, "Daily Mail"də yer alan xəbərə görə, "Coupon Follow" saytının maliyyə mütəxəssisləri "Bloomberg"in Top 500 milyarder siyahısındakı məlumatlara baxıblar. Milyarderlərin ortaq cəhətlərini tapmaq üçün mütəxəssislər hər bir insanın iş həyatını və doğum tarixini araşdırıblar.
"Coupon Follow" mütəxəssisləri milyarderlərin çoxunun oktyabr ayında doğulduğunu açıqlayıblar. Araşdırmaya görə, oktyabr ayında 45 milyarder doğulub.
ABŞ-nin "Advance Publications" media şirkətinin sahibi Donald Nyuhaus 15,8 milyard dollar sərvəti ilə noyabrın 30-da doğulan milyarderlər arasında ən varlı şəxs olub.
Sinqapurda boya və üzlük istehsalçısı "Wuthelam Holdings" şirkətini quran Qoh Çenq Lianq 11,1 milyard dollarlıq sərvətlə noyabrın 30-da doğulan milyarderlər siyahısında ikincidir.
Lianq ümumi reytinqdə də 183-cü yerdədir. Üçüncü və dördüncü yerlər Çinin təhlükəsizlik avadanlığı təchizatçısı "Hikvision" şirkətinin vitse-prezidenti Qonq Hongjia və ABŞ kinorejissoru Dian Hendriksə məxsusdur. Hongjia 10,8 milyard dollar, Hendriks isə 10,4 milyard dollar xalis sərvətə malikdir.
Qeyd edək ki, 30 noyabrdan sonra ən populyar tarix 1 yanvardır. "Coupon Follow" həmin gün 13 milyarderin doğulduğunu bildirir. İlin digər tarixlərində, eyni gündə dördə qədər milyarder doğulub.
Xatırladaq ki, ABŞ 189 nəfərlə dünyanın ən çox milyarderinə ev sahibliyi edən ölkədir. İkinci yerdə 53 milyarderin yaşadığı Çin qərarlaşır. "Bloomberg" Milyarderlər İndeksinə görə, ən varlı şəxs "Tesla", "X.com" və "SpaceX" şirkətlərinin sahibi İlon Maskdır. 219 milyard dollar sərvəti olan Mask iyunun 28-də anadan olub. İkinci yerdə qərarlaşan "Amazon"un sahibi Ceff Bezos yanvarın 12-də anadan olub. Bezosun sərvəti 170 milyard dollardır. Üçüncü yerdə qərarlaşan və 167 milyard dollar sərvəti olan fransız iş adamı Bernard Arnaultun doğum tarixi isə martın 5-dir.
Əzizə