Banklara əmanət yerləşdirmək daha gəlirli oldu – YENİ ŞƏRTLƏR

Banklara əmanət yerləşdirmək daha gəlirli oldu – YENİ ŞƏRTLƏR

2024-cü ildən Azərbaycanın kommersiya banklarına əmanət yerləşdirmək daha gəlirli olacaq. 


Sfera.az xəbər verir ki, bunun səbəbi həm əmanət faizlərinin artırılması, həm də faiz gəlirlərindən tutulan vergilərin azaldılması ilə bağlıdır. 


İki ay öncəyə qədər sistem əhəmiyyətli banklar 5-6 faizə əmanət qəbul edirdi. Amma hazırda həmin banklar əmanətlərə görə 8-9 faiz dividend ödəyir. 


İndi bankların əksəriyyəti bir il müddətinə qoyulan əmanətlərə görə, 9-10 faiz, üç il müddətinə qoyulan əmanətlərə görə isə 9-11 faiz gəlir vəd edir. 


Əmanət faizləri artmaqla yanaşı bu ildən əmanətlərə görə, verilən faizlərdən gəlir vergisinin tutulması da məhdudlaşdırılıb. Yeni qaydalara əsasən, ildə 2400 manatdan az faiz alan şəxslər, eyni zamanda əmanəti 18 aydan artıq müddətə yerləşdirən şəxslər hesablanan faizlərə görə, gəlir vergisi ödəməyəcəklər. Bu düzəliş də əmanət sahiblərinin daha çox gəlir əldə etməsinə kömək edəcək. 


Kommersiya banklarının əmanət faizlərini artırması, həmçinin vergilərin tətbiqinin məhdudlaşdırılması Azərbaycan Mərkəzi Bankının (AMB) istəyi ilə bağlıdır. AMB əmanətlərin həcminin azalmasından və əmanətlərin daha çox hissəsinin qısa müddətə yerləşdirilməsindən narahatdır. Bu gedişatı dəyişdirmək üçün AMB-nin həm faizlərin artırılmasını, həm də da faizlərdən tutulan vergilərin azaldılmasını istəməsi təbiidir. 


Qeyd edək ki, 2023-cü ilin iyunundan sonra əmanətlərdə artım baş vermir. Uzunmüddətli əmanətlərin həcmində isə hətta bir qədər azalma da baş verib. Sözügedən tədbirlərin əmanətlərin həcminə və strukturuna təsir edib-etməyəcəyini yanvar ayından sonra görə biləcəyik. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR