Avropa İttifaqının yeni rəhbəri kim olacaq? 

Avropa İttifaqının yeni rəhbəri kim olacaq? 

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin bu vəzifədən gedişindən sonra onu Macarıstanın Baş naziri Viktor Orban əvəzləyə bilər. 


Sfera.az xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb. 


Mişel Avropa Parlamentinə seçkilərdə iştirak etmək üçün vəzifəsini tərk edəcək. O, parlamentə seçilərsə, Aİ liderləri Şura rəhbərliyinə yeni namizəd tapmalıdırlar. Əgər 2024-cü ilin iyuluna qədər bunu edə bilməsələr, prezident vəzifəsini Viktor Orban icra edəcək. Çünki bu ilin iyulunda Aİ Şurasına sədrlik Macarıstana keçəcək. 
İttifaq dövlətlərinin rəhbərləri Ukrayna ilə bağlı tutduğu mövqeyinə görə, Orbanın Aİ rəhbərliyinə gəlməsini istəmirlər. 


Yanvarın 7-də Mişelin Avropa Parlamentinə seçkilərdə iştirak edəcəyi və vəzifəsini vaxtından əvvəl tərk edəcəyi məlum olub. O qeyd edib ki, Avropa İttifaqı Şurasının Prezidenti vəzifəsi Avropa Parlamenti üzvünün işi ilə birləşdirilə bilməz. Ona görə də, o, iyulun 16-da yeni çağırış deputatlarının andiçmə mərasiminə qədər istefa verəcək.


Vasif


OXŞAR XƏBƏRLƏR

3 yaşlı uşaq xəstəxanada VƏFAT ETDİ

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, rayon sakini, 3 yaşlı U.Hacızadə əməliyyat üçün tibb ...

Sabah çimərliklərdə hava necə olacaq?

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, iyulun 23-də mü...

Ən az problem çıxaran avtomobil modeli - FOTO

İngiltərədə uzun illər avtomobil təmiri ilə məşğul olan usta Paul Lukas ikinci əl avtomobil bazarında ən az problem çıxaran modelin adını açıqlayıb.  ...

ABŞ İranla danışıqlara açıqdır - Ağ Ev

ABŞ prezident administrasiyasının nümayəndəsi Korolayn Livit deyib ki, Prezident Donald Tramp İranla bağlı fikirlərini açıq şəkildə bildirib. Livit qeyd edib ki...

Prezident Şuşa Forumundakı çıxışını paylaşdığına görə Donald Trampa təşəkkür edib

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa öz sosial şəbəkəsində onun Şuşa Qlobal Media Forumundakı çıxışını paylaşdığına görə təşəkkür edi...

Bu il azad edilmiş ərazilərin bərpasına xərclənən vəsait AÇIQLANDI

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə 2025-ci ilin ilk altı ayında sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təq...