Azərbaycanın dostu Avropada mühüm vəzifə tuta bilər - ŞƏRH

Azərbaycanın dostu Avropada mühüm vəzifə tuta bilər - ŞƏRH

Avropa İttifaqı Şurasının sədri Şarl Mişel Belçika qəzetlərinə müsahibəsində deyib ki, vəzifəsini vaxtından əvvəl tərk edə bilər. O, Avropa Parlamentinə bu ilin iyun ayında keçiriləcək seçkilərdə iştirak etmək niyyətində olduğunu bildirib.

 

Diqqətçəkən əsas məqam isə onu əvəzləyəcək ehtimal şəxsdir. Belə ki, Şarl Mişelin vəzifədən getməsindən sonra yeni sədr təyinatı barədə qısa zamanda razılıq əldə olunmasa, Şuraya Macarıstanın Baş naziri Viktor Orban rəhbərlik edəcək.

 

Macarıstan və Azərbaycan iki mühüm tərəfdaş, ortaq ölkələrdir. Baş nazir Viktor Orban ilə Prezident İlham Əliyev arasında da dostluq münasibəti var. Yəni Aİ Şurasına Viktor Orban sədrlik etsə, rəsmi Bakı yenidən Brüssel formatında keçiriləcək görüşlərə qatıla bilər. Hətta Ermənistan ilə Azərbaycan arasında ilkin sülh sənədi məhz Brüsseldə imzalana bilər.

 

Azərbaycanın Brüssel formatından imtina etməsinin ən böyük səbəbi Şarl Mişelin Fransa Prezidenti Emmanuel Makron ilə birlikdə Azərbaycan əleyhinə sərgilədiyi mövqe və verdiyi bəyanatlar oldu. Viktor Orbanın sədrliyi isə Bakı üçün daha məqbul sayılır.

 

Rəsmi Bakı indiki məqamda münaqişənin bitməsini çox istəyir. Bu istiqamətdə sülhün əldə edilməsi üçün regional formatlarda keçiriləcək görüşlərə, ya da Ermənistanla birbaşa ikili danışıqlara üstünlük verir. Lakin V.Orbanın sədrliyi ilə Brüssel görüşlərinə yenidən nəzər yetirmək olar.

 

Bununla belə, V.Orbanın sədr olması elə də asan deyil. Fransa bunun olmaması üçün maksimum səy göstərəcək. Rəsmi Paris Şarl Mişelin vəzifədən getməsindən sonra Aİ Şurasının yeni sədr təyinatını tezləşdirə, hətta öz maraqlarına uyacaq şəxsin seçilməsi üçün əlindən gələni edə bilər. Belə olacağı təqdirdə isə Bakının mövqeyi dəyişməz olaraq qalacaq və onsuz da gündəmdə olmayan Brüssel görüşləri tarixə qovuşacaq.

 

Müəllif: Politoloq Turan Rzayev

 


OXŞAR XƏBƏRLƏR

Gəncədə qadını keçmiş əri bıçaqladı

22.07.2025-ci il tarixində saat 02:30 radələrində 1984-cü il təvəllüdlü şəxs (qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan akademik Z.Məmməd...

3 yaşlı uşaq xəstəxanada VƏFAT ETDİ

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, rayon sakini, 3 yaşlı U.Hacızadə əməliyyat üçün tibb ...

Sabah çimərliklərdə hava necə olacaq?

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, iyulun 23-də mü...

Ən az problem çıxaran avtomobil modeli - FOTO

İngiltərədə uzun illər avtomobil təmiri ilə məşğul olan usta Paul Lukas ikinci əl avtomobil bazarında ən az problem çıxaran modelin adını açıqlayıb.  ...

ABŞ İranla danışıqlara açıqdır - Ağ Ev

ABŞ prezident administrasiyasının nümayəndəsi Korolayn Livit deyib ki, Prezident Donald Tramp İranla bağlı fikirlərini açıq şəkildə bildirib. Livit qeyd edib ki...

Prezident Şuşa Forumundakı çıxışını paylaşdığına görə Donald Trampa təşəkkür edib

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa öz sosial şəbəkəsində onun Şuşa Qlobal Media Forumundakı çıxışını paylaşdığına görə təşəkkür edi...