Zəngəzur dəhlizi 4 il sonra istifadəyə veriləcək? – AÇIQLAMA

Zəngəzur dəhlizi 4 il sonra istifadəyə veriləcək? – AÇIQLAMA

"Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlunun Zəngəzur dəhlizinin 2028-ci ildə işə düşəcəyini söyləməsi iddialı açıqlamadır"


Sfera.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.


“Ermənistan rəsmiləri Zəngəzur dəhlizində maraqlı olduqlarını ifadə etsələr də, “dəhlizin Ermənistandan keçən hissəsi Ermənistanın yurisdiksiyası əsasında həyata keçirilməlidir” yanaşmasından imtina etməyiblər. Buna baxmayaraq, türkiyəli nazir Ermənistandan müsbət mesajlar aldıqlarını deyib. 


Ermənistan rəsmilərinin türkiyəli həmkarları ilə qapalı dialoqlarında “müəyyən şərtlər daxilində açıq dəhlizə icazə verə bilərik” cümləsini işlətmələri mümkündür. Çünki rəsmi Bakının mövqeyi belədir ki, Azərbaycan vətəndaşları Zəngəzur dəhlizindən istifadə edərkən yoxlamadan keçməməlidirlər. Rəsmi Bakı bununla yanaşı başqa ölkələrin yüklərinin Zəngəzur dəhlizindən daşınmasının Ermənistan yurisdiksiyasına uyğun həyata keçirilməsinin əleyhinə deyil”. 


Politoloq bildirib ki, bunun qarşılığında Ermənistan rəsmilərindən biri bugünlərdə verdiyi açıqlamada Azərbaycan vətəndaşlarının Naxçıvana keçərkən və geri qayıdarkən Zəngəzur dəhlizindən rahat istifadəsinin müzakirə oluna biləcəyinə eyham vurub. 


“Beləliklə, Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalandıqdan sonra Zəngəzur dəhlizi mövzusunda irəliləyiş əldə etmək mümkündür”.


Ülkər Abdurahmanlı
 


OXŞAR XƏBƏRLƏR

ABŞ İranla danışıqlara açıqdır - Ağ Ev

ABŞ prezident administrasiyasının nümayəndəsi Korolayn Livit deyib ki, Prezident Donald Tramp İranla bağlı fikirlərini açıq şəkildə bildirib. Livit qeyd edib ki...

Prezident Şuşa Forumundakı çıxışını paylaşdığına görə Donald Trampa təşəkkür edib

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa öz sosial şəbəkəsində onun Şuşa Qlobal Media Forumundakı çıxışını paylaşdığına görə təşəkkür edi...

Bu il azad edilmiş ərazilərin bərpasına xərclənən vəsait AÇIQLANDI

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə 2025-ci ilin ilk altı ayında sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təq...

Suriya böhranı Almaniyaya sıçradı: Düsseldorfda qarşıdurma - VİDEO

Yaxın Şərqdəki qarşıdurmalar Avropaya keçib. Almaniyanın Düsseldorf şəhərində Dürzi icmasının tərəfdarları ilə Suriya rejimini dəstəkləyən qruplar arasında toqq...

İnfeksiyalar insan ölümünü 60 faiz artıracaq – Tədqiqat

Böyük Britaniya hökumətinin maliyyələşdirdiyi yeni tədqiqat göstərir ki, antibiotiklərin təsirinə qarşı dözümlü olan bəzi zərərli mikrooqrqanizmlər gələcək...

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Sabirabad rayonunun Hacıqabul–Bəhrəmtəpə–Mincivan (10 km)–Sabirabad avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər...