"Siçan-pişik oyununu buraxın, jurnalisti “neprav” çıxartmaqdansa..." - Aqil Ələsgərdən məmurlara SƏRT SÖZLƏR

“Medianı günahlandırmaq, mətbuatı “neprav” çıxartmaq, jurnalistlərə ağıl öyrətmək peşəyə çevrilib”.

 

Sfera.az bildirir ki, bunu jurnalist, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aqil Ələsgər Əməkdar artist Aygün Bəylərin ölüm xəbərinə görə tənqid edilən jurnalistlərlə bağlı məsələyə münasibət bildirirkən deyib.

 

Onun sözlərinə görə, dezinformasiyasız cəmiyyət istəyiriksə, jurnalist informasiya ilə təmin olunmalıdır:

 

“Daha məmurlar qələm əhli ilə siçan-pişik oynamamalıdır.  Bunu Vətən Savaşında da gördük. Normal və zamanında informasiya alan media “etibarlı mənbə” axtarışına çıxmır. Yalnız sən onu xəbərsiz qoyanda o da öz bildiyi metodları işə salır. Bu zaman da xəbərdə yanılma payı ola bilir.  Bu dəfə isə jurnalistlər haqlı idi. O “screen”ləyib söydüyünüz media düzünü yazmışdı. Yalan danışan, həmkarlarının ölümü ilə barışmaq istəməyən bir qrup sənətçi və küyə düşən məmur kontingenti idi. Necə ki, analoji hal mərhum Qənirə Paşayeva ilə bağlı da yaşanmışdı. Onda bir neçə gün, bu dəfə isə bir neçə saat yubatmaları sadəcə medianı etibarsızlaşdırmağa hesablanmışdı və görünən odur ki, istəyinə də nail oldu”.

 

A.Ələsgər son olaraq vurğulayıb ki, hamı doğrunu yazdığına görə mətbuatı qınayır:

 

“Halbuki, bu məsələdə ən son qınanılacaq tərəf mediadır”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR